... - Nə qədər ruhla yaşamaq olar? Ruhu topa qoyub atmaq olmur ey! Lənkərandan beş-altı könüllü gəlib, cavan uşaqlardı, od-alovdular. Srağagün ikisini vurdular. Biri lap uşağıydı, qucağımda öldü. Can verəndə deyirdi, dayı, qoyma ölüm..
Dostoyevskinin və ya Volterin əsərlərində birisi deyir ki, əgər Allah olmasaydı, onu insanlar özü uydurub yaradardılar. Mən qəti surətdə əminəm ki, ölməzlik – əbədiyyət yoxdursa, böyük insan zəkası buna gec-tez nail olacaqdır.