Edvard telefonu yerinə qoydu, baxışlar bir nöqtədə donub qaldı. Otaqda yenidən sakitlik hökm sürdü, lakin bu səssizlik fırtına öncəsi sükut kimi idi...
Partizanlar, ayağa qalxıb silahlarını sıxaraq tanklara doğru iralilədilər. Bu, qaranlığa qarşı ümidin və azadlıq eşqinin yeni səhifəsi idi. Əsgərlərin hər biri düşmənə qarşı,
yumruq kimi birləşmişdilər.
-...Bəli, mən onlarla 3 gün əvvəl əlaqə qurmuşdum. Onlara partizan Mehdi Hüseynzada başçılıq edir.
Jovan Petroviç bu adı eşidəndə biraz təəccübləndi və:
-Mehdi Hüseynzadə? Kapitan, O, haralıdır ki?
Kapitan Darko popirosun son tüstüsünü içinə çəkərək, gözlərini şərqə tərəf yönəltdi:
-Bizdən çox uzaqda olan, Xəzər dənizi sahilində yerləşən, qədim mədəniyyətləri və zəngin tarixə sahib olan torpaqlardandır
Salam, dostlar, gününüz ümid edirəm ki, olduqca produktiv keçib
Yenə sevdiyim janr...
Biz yenə görüşdük, yenə qarşı-qarşıya gəldik...
Müharibə... ondan sonrakı həyatlar... insan taleləri...
@perviz__rza13 gənc yazıçımızın ilk qələmi xeyirli-uğurlu olsun, İnşAllah. Siz mütləq yazmalısınız, həqiqətən bu siz də olduqca maraqlı alınır.
Kitabın bəzi hissələrini oxuduqca qürur doldu anlar keçirtdim
Və o möhtəşəm alıntı:
-...Bəli, mən onlarla 3 gün əvvəl əlaqə qurmuşdum. Onlara partizan Mehdi Hüseynzada başçılıq edir.
Jovan Petroviç bu adı eşidəndə biraz təəccübləndi və:
-Mehdi Hüseynzadə? Kapitan, O, haralıdır ki?
Kapitan Darko popirosun son tüstüsünü içinə çəkərək, gözlərini şərqə tərəf yönəltdi:
-Bizdən çox uzaqda olan, Xəzər dənizi sahilində yerləşən, qədim mədəniyyətləri və zəngin tarixə sahib olan torpaqlardandır
Gecə OvçusuPərviz Rzaquliyev · RF yayınları · 20266 okunma