Kitab haqqında yazmazdan əvvəl onun mənim həyatımda tutduğu yerdən qısaca bəhs etmək istəyirəm. Bu kitab mənim uşaqlığımdır. Ona görə yox ki, onu uşaq vaxtı oxumuşam; ona görə ki, həyata gözümü açandan, ağlım kəsəndən bəri bu kitabı evimizdə, atamın kitab-dəftərləri arasında görmüşəm. Hətta kiril əlifbası ilə oxumağı altı yaşımda məhz bu kitabın üzərində öyrənmişəm. Əlbəttə, o zamanlar kitabı tam oxuya bilməzdim...
İllər keçdi. Qarşıma çox kitablar çıxdı, çox kitablar oxudum. Amma bu kitab ağlımın bir küncündə - atamın ən sevdiyi kitablardan biri, evimizin bir üzvü kimi - yerini qoruyub saxladı. Və vaxt gəldi, özüm də bu kitabı oxudum...
“Ömürlük cəza” Vidadi Babanlının 1996-cı ildə tamamladığı iki hissəli romandır. Əsərin mövzusunda ilk diqqət çəkən məqam Mürvət və İnci müəllimin nakam ilk məhəbbətidir. Lakin müəllif yalnız ilk məhəbbət hekayəsi ilə kifayətlənmir. O, bu sevgi xəttinin fonunda və bir neçə fərqli obrazın timsalında dövrün yüksək vəzifəli şəxslərinin qaniçənliyini, səlahiyyətlərindən istifadə edərək insanların həyatını məhv edən harınlamış məmurları tənqid edir və bunu məharətlə açıb göstərir.
Mürvətin ilk məhəbbətinin nakam sonlanması da
məhz vəzifəli şəxs Qeysərlinin ona tutduğu divanın
nəticəsi idi - “Ömürlük cəza”...
“Köhnəlməyən, odu heç vaxt sönməyən yalnız ilk məhəbbətdir...”
Bir kitap yürekten gelmişse ancak o zaman başka yüreklere ulaşabilir. O yürekler arasında köprü kuran, sessizce hayat değiştiren tüm kütüphanecilerimizin Kütüphaneler Haftası kutlu olsun. İyi ki varsınız. 📚✨
Sizin bu xoş sözlərinizi oxumaq bizi daha çox xoşbəxt etdi
Muhur205 ✨
Qəlbimizdən gələn o səmimi körpünün sizin ürəyinizdə belə gözəl əks olunması bizim üçün ən böyük mükafatdır. Kitabların işığında, eyni duyğuları paylaşmaq nə qədər gözəldir... 📖🤍
Dəyərli kəlamlarınız üçün çox təşəkkür edirik, var olun! 🫶💗