Hər vaxtınız xeyirli olsun inşallah
Bu gün @ceyhun_hidayatliden oxuduğum sıra ilə 2-ci, amma qələmə aldığı ilk romanı olan "Əqrəb" haqqında fikirlərimi sizinlə bölüşəcəm.
Bu roman insanın daxili aləminə, qorxularına və gizli qaranlıqlarına enən psixoloji dərinliyi ilə seçilən təsirli bir romandır. Müəllif bu əsərdə oxucunu yalnız hadisələrin axarına yox, insan ruhunun labirintlərinə aparır.
Əsərin əsas gücü ondadır ki, “əqrəb” obrazı təkcə fiziki bir təhlükə deyil, insanın içində daşıdığı zəhərli düşüncələrin, travmaların və vicdan əzabının simvoludur. Oxucu get-gedə anlayır ki, insanı sancan bəzən çöldəki əqrəb yox, öz içində bəslədiyi qorxulardır...
Roman boyunca qəhrəmanın daxili mübarizəsi çox real və inandırıcı gəldi mənə. Onun yaşadığı psixoloji gərginlik, keçmişlə hesablaşma, vicdanla üz-üzə qalma səhnələri oxucunu da istər-istəməz öz iç dünyasına baxmağa məcbur edir...
Dili çox sadə və axıcıdır, mən fasiləli şəkildə 1 günə oxudum. Çünki insan əlindən qoymaq istəmir kitabı.
Kənan Orucov ümumiyyətlə mənim fav personajımdır, köhnə dostla yenidən qarşılaşmaq mənim üçün olduqca maraqlı oldu.
(Müəllif Kənan Orucovla "Bəyaz şeytan" da bizi tanış etmişdi)
Kitabın motivləri əsasında "Əqrəb mövsümü" teleserialı çəkilmişdi. Düşünürəm ki, əksəriyyət insan izləyib. Dəfələrlə "İzlə, sevəcəksen" deyilsə də, mən kitabını oxumamış izləməyi sevmədiyim üçün, izləmədim.
Hər dəfə kitab dükanlarında qarşıma çıxanda əlimə götürüb "birdən gözləntilərimi qarşılamaz"-deyib, yerinə qoyurdum. Gəldi elə alındı ki, dekabr ayında keçirilmiş giveawaylərin birindən hədiyyə olundu.
Və oxudum, çox da bəyəndim. Mütləq @ceyhun_hidayatli bəyin digər kitablarına da müraciət etməyi düşünürəm. Yazıçımıza bol uğur, yeni ildə daha böyük nailiyyətlər arzulayıram.
Və və və...
Kimdir əqrəb?
Bir