Tahmini Okuma Süresi:
2 sa. 2 dk.
Sayfa Sayısı:
72
Basım Tarihi:
Ekim 2025
Yayınevi:
Portuqa Nəşriyyatı
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Puan vermedi·72 syf.··
2026 23. kitabı
Akşin Xəyal – "Elianora" "Elianora" müəllifdən oxuduğum ikinci kitabdır. İlk əsərini çox bəyənmişdim, bu da məni yanıltmadı. Cəmi 72 səhifəlik kiçik bir hekayə olsa da, elə bil bir saata bütün müharibə ab-havasını yaşayırsan. Hekayə Şahin adlı bir oğlanın müharibədə yaralanması ilə başlayır, sağ qalması üçün nələr edəcəyi ilə davam edir və biz də hər şeyi elə onun öz dilindən oxuyuruq. Yazıçı müharibənin kənardan göründüyü kimi sadə bir şey olmadığını, əslində necə ağır bir travma və qorxulu bir oyun olduğunu çox real canlandırıb. Müharibənin insandan nələri qopardığını, yerinə isə nələri qoyduğunu anlamaq üçün bu 72 səhifə bəs edir. Məni ən çox düşündürən məqam isə "insanın geridə qoyduqlarını bircə dəfə də olsun görə bilmək ümidi ilə heyatda qalmaq üçün nələr edə biləcəyi" oldu. "Elianora" açıq şəkildə mübarizənin nə olduğunu danışır bizə. Eyni zamanda, cəbhədə çiyin-çiyinə vuruşan əsgərlərin bir-birinə olan canyanğısı, o ağır şəraitdə belə silahdaşı üçün nələrə hazır olması adamı həqiqətən duyğulandırır. Uzun sözün qısası, çox vaxtınızı almayacaq, amma sizi düşündürəcək bir kitabdır. Müharibənin amansızlığını və o mühitdə olan insanların daxili dünyasını hiss etmək istəyənlərə tövsiyə edirəm. Yazıçıya bir daha uğurlar arzu edirəm, növbəti kitablarını gözləyəcəm
Akşin Xəyal
Akşin Xəyal
1000Kitap
ElianoraAkşin Xəyal · Portuqa Nəşriyyatı · 20255 okunma
Puan vermedi·72 syf.·
2026 15. kitabı
"... Neçə evi işıqsız qoyan, neçə körpəni atasız, neçə bacını qardaşsız, neçə qadını ərsiz qoyan çox iyrənc bir oyundur. Bəli, bu bir oyundur və biz də bu oyunun qurbanlarıyıq..." @aksin_xeyal'dan oxuduğum ikinci kitabıdır. "Mənim erməni oğlum" kimi "Elianora" romanını da bəyəndim. Hər ikisi müharibə janrındadır. Müharibə, müharibədən sonrakı həyatlar, müharibənin qaranlıq üzləri, vurduğu zərərlər, bizdən aldıqları, itirdiklərimiz... Spoilersiz kitabın qısa məzmunu belədir: Laçın uğurunda gedən döyüşlərdə ayağından aldığı xəsarətdən dolayı Şahin xəstəxanaya yerləşdirilir. Çıxdıqdan sonra Şəhidlər xiyabanına ziyarət etmək istəyir, lakin yanında partlayan mərmi beyin silkələnməsinə səbəb olduğundan huşunu itirərək yıxılır. Yanından gəlib-keçən insanlar kömək əvəzinə "Buna bax e-e, cavan oğlandı nə qədər içibsə özünü idarə edə bilmir...", "Bunun tayları cəbhədə can qoyur...", "Utanıb, ölmür..." Və s. kimi tənə dolu sözlər yağdırırlar... Amma onlardan yalnız biri iki balaca hörüyü çiyinlərinə güclə çatan azca toppuş yanaqları, olan bir qız ona yardım göstərərək hospitala gətirir. Və bundan sonra onların arasında izaholunmaz bə'zi duyğular baş qaldırır və sevgi yaranır. Romanın da ən maraqlı hissələri bundan sonra başlayır. Mən oxumağı tövsiyə edirəm. İstəyən, mütləq ki, oxusun! Çox təşəkkür edirəm
Akşin Xəyal
Akşin Xəyal
ElianoraAkşin Xəyal · Portuqa Nəşriyyatı · 20255 okunma