the.muhur

Puan vermedi·384 syf.·
2026 1. kitabı
Əgər bir kitab haqqında incələmə yazmaq mənim üçün çətin olursa, yazmıram. Amma bu ilk kitab idi ki, nə qədər çətin olmağına baxmayaraq yazdım. Məncə bunu Anna Frank'a borclu idim... İlin ilk kitabı Mənim bu kitabla tanışlığım 2 il əvvəl(1-ci kursda oxuyanda) olub. Qrup yoldaşımdan alıb oxuyurdum. Amma sonra kitabın sahibi istədi və mən də qaytarmalı oldum. Təxmini neçə səhifə yadımda deyil, amma müəyyən qədər oxumuşdum. Və kitabı qaytaranda, nə vaxtsa yenidən qayıdacağımı bilirdim... Noyabrın son günləri lap dəqiq desək, 29-u özümə hədiyyə etdim. Bağlamasını açmağı da paylaşmışdım. İmtahan ayında max. zaman sərf etməklə fasiləli şəkildə 12 günə oxudum. Mənim üçün olduqca maraqlı idi. Axıcı olduğunu deyə bilmərəm, amma sıxıcı bir kitab deyildi. Bizim 13-15 yaşlı qızımız Anna o qədər təmiz hissləri ilə və aydın şəkildə yazıb ki, insan özünü 1942-1944-cü illərdə hiss edir. Və sanki düz onunla birgə həmin sığınacaqda yaşayır, yediyini yeyir, yatdığı yerdə yatır, ad günlərində, bayramlarda olunan hədiyyələrdən alır, çəkdiyi çətinlikləri, izaholunmaz qorxunu, hiss edir. Anna Frank ilə yenidən qarşılaşmaq, onun dünyasına daxil olmaq çox xoş idi mənim üçün. Əslində Anna kitab boyu bir dostunun olmadığından şikayət edir. 81 il ərzində 30 milyon nüsxə satılıbsa (dünyada ən çox oxunan 5 kitabdan biridir) təxminən 80-100 milyon insan bu kitabı oxuyub. Deməli əslində Anna ilə bir o qədər də insan artıq dostluq edib. Əslində o bir gündəlik yazırdı(Adı Kitty idi, hər dəfəsində ona yazanda, "Əzizim Kitty" deyə müraciət edirdi.) amma sən bu gündəliyi oxuduqca məktubların sənə gəldiyini hiss edirsən, elə təsəvvür edirsən ki, haradasa, dünyanın bir hissəsində Anna adında bir rəfiqən var və o öz ailə üzvləri ilə birlikdə bir sığınacaqda müharibə şəraitində yaşayır, başına gələn
Müharibəyə Yox
GündəlikAnne Frank · Qanun Nəşriyyatı · 08,9bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Puan vermedi·264 syf.·
2025 42. kitabı
Yarım qalan İstanbul-Mən kitabı bitirdim, amma kitab məni yarımçıq qoydu... Ümumi olaraq kitabı bəyəndim, yazıçı @movsum_amiraslan bəyə, təşəkkür edir və fəaliyyətin də uğurlar arzulayıram. Sadəcə bir şeir parçası diqqətimi çəkdi kitabdan, sonra adı, daha sonra üz qabığı Və mən nə etdim, giveaway'ə qoşulub, qazandım Daha dəqiq desək bu kitab 2-ci yerin kitabı idi, amma məndə 1 və 3-cü yerlərin kitabları vardı. Mən 1-ci yerin qalibi olanda bunu səhifəyə bildirdim. Kitabtopya sağ olsunlar nəzərə aldılar Kitabı tam bir günə bitirdim, yəni bu mümkündür. Çünki roman olduqca axıcı dildə yazılmışdı. Hələ mən türkcə oxudum, düşünürəm ki, Azərbaycan dilində olsaydı lap gözəl olardı. Düzü buna kitabı oxuyan zaman başa düşdüm və təəssüf etdim. Kitabın gedişatında olan ağ-qara şəkillər olduqca maraqlı idi mənim üçün və sizlə də bir neçəsini paylaşdım Azərbaycan və Özbəkistan'da xəyalən yaşanan bu sevgi romanı İstanbulda real motivlər əsasında yazılmışdır. Sosial şəbəkədən başlayan "təsadüfi" tanışlıq, məsafələrin, fərqli adətlərin yaratdığı əngəllərə rəğmən, bu tanışlığın qısa zamanda alovlanaraq sevgiyə çevrilməsi, Azərbaycanlı bir gəncin özbək qızına aşiq olaraq özü ilə bərabər onlarla insanın həyatını alt-üst etməsi, yasaq bir sevginin yaşadacağı xoşbəxtliklə yanaşı gətirdiyi acılar, bir sevgi atəşinin saçdığı eşq qəlpələrinin onun çevrəsindəki kimsədən yan keçməyərək dərin iz buraxması hadisələrin əsasını təşkil edir. İlk başlarda Mövsüm və Elfidaya, onların bu yasaq sevgisinə kinayəli davrandım. Hətta çox əsəbləşirdim. Amma sonra yaşadıqları məni olduqca sarsıtdı və bu həyatda ən rahat şeyin qınamaq olduğunu başa düşdüm. Düzdü sevgiləri həqiqətən olmaması gərəkən bir sevgi idi, yanlış situasiyada bir araya gəlmişdi qəlbləri. Amma düşünürəm ki, hər biri öz dərsini
Yarım Kalan İstanbulMövsüm Amir Aslan · Bakı, Poligraf · 20216 okunma
Puan vermedi·276 syf.·
2025 39. kitabı
Səmirə Aydın. Yeraltı sular dənizə axır... (İnşaat mühəndisinin xatirələri)🩵 Ta uşaqlığımdan adını eşitdiyim bu kitabın yeri mən də bir başqadır. Çünki bu həyatda mənim üçün ən dəyərli varlıq olan anamın adı bu kitabdakı baş qəhrəmanın adından gəlir. Babam tərəfindən anama verilmiş bu adı heç kimdə eşitmədiyim üçün yollarımız beləcə kəsişmiş oldu. Oxumağı çox istəmişdim. @mucrunesriyyati'nı gözləyirdim ki, nəşr olunsun. Və beləcə mənim olsun Məhz ad günümə bu kitabı özüm özümə hədiyyə etdim. Affərin mənə “Yeraltı çaylar dənizə axır” Mehdi Hüseynin fərdin daxili aləmini və həyatın görünməyən qatlarını işıqlandırdığı psixoloji-fəlsəfi məzmunlu əsərlərindən biridir. Yazıçı burada insanın içində axan “yeraltı çaylar” metaforu vasitəsilə həm şəxsi taleyi, həm də cəmiyyətin gizli təlatümlərini təsvir edir. Əsərdə xarakterlərin zahiri sakitliyinə baxmayaraq, iç dünyalarında böyük mübarizələr getdiyi vurğulanır. Mehdi Hüseyn dilin poetik imkanlarından ustalıqla istifadə edərək, oxucunu düşünməyə və duymağa sövq edir. İnsan iradəsi, həyat seçimləri, keçmişlə gələcək arasındakı körpü əsərin əsas ideya xəttini təşkil edir. Bu kitab həm ədəbiyyatsevərlərə, həm də insan ruhunun dərin qatlarına enmək istəyənlərə xüsusi bir oxu təcrübəsi təqdim edir. Və nəhayət Mehdi Hüseyn Şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini bədii şəkildə, sənətkarlıqla əks etdirə bilmişdir. Kitabı bəyəndim, həm də çox. Bu janrı oxumağı həqiqətən çox sevirəm. "O vaxt insanlara üzdən, səthi yanaşmağa adət eləmişdik. Həqiqi mənada heç kimin dərdini öyrənməyə ehtiyac duymurduq."
Yeraltı Çaylar Dənizə AxırMehdi Hüseyn · Bakı, Mücrü Nəşriyyatı · 020 okunma
Puan vermedi·230 syf.·
2025 41. kitabı
Ceyhun Hidayətli “Bəyaz Şeytan” müasir Azərbaycan ədəbiyyatında detektiv roman janrına maraqlı bir iz qoyan əsərdir. Bu kitab bir sirlə başlayır və oxucunu vahid ritmlə döyünən bir müəmmaya aparır — Melvin adlı bir şəxsin hər şeydən əvvəl gizlənmiş, sonra isə hamının gözü qarşısında tragik şəkildə bitən həyatının izi. Melvin Amerikadan İstanbula səfər edən turist qrupunun içində müəyyən təhlükəli məlumat daşıdığı ehtimalı ilə izlənilir; ancaq o, hoteldəki otağında öldürülür və bu qaranlıq ölümü əhatə edən bütün suallar havada asılı qalır. Kim? Necə? Niyə? — bu üç sual oxucunu səhifədən səhifəyə çəkən ən möhkəm tiraj kimidir. Əsərin adı — “Bəyaz Şeytan” — paradoksal bir metafor kimidir: saf (bəyaz) və qorxunc (şeytan) bir obrazın eyni simada üzə çıxması oxucunu həm cazibədar, həm də narahat edən bir duygunun içinə çəkir. Əsərin axıcı dili, sakit bir cümlə ilə qatilin kimliyini soruşub, növbəti anda gizli qıfılı sındırma oyunu ilə oxucunun özünü sanki dedektiv Kənan Orucovla yanaşı qərar verməyə məcbur edir. Ən həyəcanlı yeri bura idi məhz mənim üçün... Gizli rəqəmlər, ipucları və detallar arasında dolaşmaq, sadəcə “oxumaq” deyil, düşünmək, hiss etmək və nəticə çıxarmaq üçün bir çağırışdır. Yazıçımız @ceyhun_hidayatli bəyə, belə bir roman yazıb ərsəyə gətirdiyi üçün təşəkkür edir, sağlam can, uğurlar arzulayıram. Qələminə qüvvət diləyirəm
Bəyaz ŞeytanCeyhun Hidayətli · 0142 okunma
Puan vermedi·188 syf.·
2025 37. kitabı
Ümumi olaraq oxuduğum 80-ci, 2025'də isə 38-ci kitabı'M oldu. Sevdim, çox sevdim. Yaxşı ki, oxudum. Kitabın dili olduqca axıcı, tərtibatı isə təqdirə layiqdir. Başlıq-başlıq olan kitabları oxumaq daha rahat gəlir mənə. Səndən nigaranam'da eynən bu cür idi. Keçidlər arasında yerli ve xarici yazarlardan, şairlərdən sitatların verilməsi çox xoşuma gəldi. Kitabı oxuduqca nə qədər cümlənin altından xətt çəkmişəm. Amma bir o qədəri də qaldı. Ümumi olaraq məzmun xətindən nə qədər kitabların, filmlərin adı çəkilirdi. Mən də qeyd edirdim ki, oxuyaram və ya izləyərəm. Kitab Aynur və Elvinin sevgi hekayəsindən bəhs edir. Amma görən təkcə məsələ sevgi idimi? Onlar bu hekayə'yə fədakarlığı, dərin hislərin çox, çox dərin yerlər açdığını, azadlığı, dostluğu, keçici ehtirasların əsla sevgini əvəz edə bilməməsini, verilən dəyəri... və s. mənəvi məsələləri özündə əks elətdirir. Kitab Elvin tərəfindən yazılsa da sonluğu yarımçıq sevgisi olan Aynur tamamlayır... Ya da bəlkə də tamamlamır. Axı Elvin də tamamlamışdı, yarımçıq qoymuşdu. Bəlkə də sonluğu yazmağa əli gəlməmişdi, hələ də ümid edirdi... Aynur sadəcə bizimlə bölüşmək istədi. Yaxşı ki, bölüşdü. Aynuru heç qınaya bilmədim kitabı bitirdikdən sonra. Heç bacarmadım. Mən olsaydım yerində getməzdim, hər şeyi danışmağı seçərdim. Bəlkə ayrılıq olardı, amma getməzdim, taleyimdən, sevgimdən qaçmazdım... Lakin Aynur'un yerindən danışmaq yəqin ki, rahatdır. Altından xətt çəkdiyim alıntılar bir kənara, incələməm məncə bu cür yekunlaşmalıdır: Ömrüm boyu gözümdə kam, qəlbimdə arzu kam Bu həsrəti daşıyıram, sənsiz daşıyıram. Mən bir təhər yaşayıram, sənsiz yaşayıram Təkcə səndən nigaranam, səndən nigaranam. Ömür ötür, keçir aram-aram. Heç bilmirsən bəlkə yoxam, varam. Yalnız səni, səni soruşaram. Səndən nigaranam, nigaranam... (Sözlərin
Səndən NigaranamAdil Samir · Kitab Oxu Nəşriyyatı · 202348 okunma