Ömürlük Cəza

Vidadi Babanlı
Tahmini Okuma Süresi:
9 sa. 19 dk.
Sayfa Sayısı:
329
Basım Tarihi:
1998
Yayınevi:
Boz Oğuz Nəşriyyatı
Orijinal Ülke:
Azerbaycan
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

Atamın kitabı♡
9/10
·329 syf.··
Beğendi
·
2026 91. kitabı
·
3 günde okudu
·
Okunma: 12 Nisan 2026 17:44
Kitab haqqında yazmazdan əvvəl onun mənim həyatımda tutduğu yerdən qısaca bəhs etmək istəyirəm. Bu kitab mənim uşaqlığımdır. Ona görə yox ki, onu uşaq vaxtı oxumuşam; ona görə ki, həyata gözümü açandan, ağlım kəsəndən bəri bu kitabı evimizdə, atamın kitab-dəftərləri arasında görmüşəm. Hətta kiril əlifbası ilə oxumağı altı yaşımda məhz bu kitabın üzərində öyrənmişəm. Əlbəttə, o zamanlar kitabı tam oxuya bilməzdim... İllər keçdi. Qarşıma çox kitablar çıxdı, çox kitablar oxudum. Amma bu kitab ağlımın bir küncündə - atamın ən sevdiyi kitablardan biri, evimizin bir üzvü kimi - yerini qoruyub saxladı. Və vaxt gəldi, özüm də bu kitabı oxudum... “Ömürlük cəza” Vidadi Babanlının 1996-cı ildə tamamladığı iki hissəli romandır. Əsərin mövzusunda ilk diqqət çəkən məqam Mürvət və İnci müəllimin nakam ilk məhəbbətidir. Lakin müəllif yalnız ilk məhəbbət hekayəsi ilə kifayətlənmir. O, bu sevgi xəttinin fonunda və bir neçə fərqli obrazın timsalında dövrün yüksək vəzifəli şəxslərinin qaniçənliyini, səlahiyyətlərindən istifadə edərək insanların həyatını məhv edən harınlamış məmurları tənqid edir və bunu məharətlə açıb göstərir. Mürvətin ilk məhəbbətinin nakam sonlanması da məhz vəzifəli şəxs Qeysərlinin ona tutduğu divanın nəticəsi idi - “Ömürlük cəza”... “Köhnəlməyən, odu heç vaxt sönməyən yalnız ilk məhəbbətdir...”
Edebiyat
Ömürlük CəzaVidadi Babanlı · Boz Oğuz Nəşriyyatı · 19984 okunma
Reklam

Yazar Hakkında

Vidadi BabanlıYazar · 6 kitap
Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində müəllim ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944-1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954-1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961-1968). C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974-1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978-1981) olmuşdur. Hazırda bədii yaradıcılıqla məşğuldur. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunmuşdur. "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlamışdır (1954-cü ildən). 1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. Son illər "Öz evində qonaq" pyesi tamaşaya qoyulmuşdur (2003). Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. "Kişilik haqqında himn" şeirlər toplusu "Xəzər" nəşriyyatında kütləvi tirajla buraxılmışdır (2002). "Dərd məni dilləndirir" (2003) publisistik əsərlər toplusu, "Mənim gizlinlərim" (2002-2003) avtobioqrafik romanı, "Ana intiqamı" (1995) povesti rəğbətlə qarşılanmışdır. Yazıçılardan ibarət xüsusi dəstə ilə İspaniya, Fransa, İtaliya, Almaniya, Polşa və bir sıra xarici ölkələrdə səfərdə olmuşdur. Vəfatından bir gün sonra, 17 avqustda, öz vəsiyyətinə uyğun olaraq doğulduğu Qazax rayonunun Birinci Şıxlı kəndində, ailə qəbiristanlığında dəfn olunmuşdur.