Muhur205

Muhur205
Kitab oxumaq… Heç vaxt görmədiyin bir insan üçün darıxmaqdır… instagram.com/muhur205?igsh=M... https://1000kitap.com/gonderi/273585763 https://1000kitap.com/gonderi/274014995
Cim-Kollins "Yaxşıdan mükəmmələ" kitabında Ceyms Stokdeylin bu sözlərinə yer verib: "Həbsxanada, əsir düşərgəsində optimistlar daha çox əziyyət çəkirdilər. Onlar deyirdilər: "Milada qədəe azad ediləcəyik". Milad gəlib-keçirdi. Deyirdilər: "Pasxaya qədər azad ediləcəyik". Pasxa da gəlib-keçirdi. Sonra Şükran günü, yenidən Milad... Ümidlərinin dəfələrlə boşa çıxması onları məhv etdi. Həmin adamların hamısı öldü". Amma Stokdeyl dəyanət göstərdi və qurtuldu. O öz istəklərini boğub diqqətini yalnız idarə edə bildiyində cəmləşdirdi: Özündə.
Sayfa 280 - Teas Press·Kitabı okuyor
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·154 syf.·
2025 28. kitabı
Salam, dostlar, hər vaxtınız xeyir olsun! Bu gün sizlərlə gənc yazıçılarımızdan biri olan Ehtiram Babaşov'un "Mənim qəhrəmanım olarsan?!" kitabının 2-ci hissəsi haqqında fikirlərimi bölüşəcəyəm. İlk olaraq onu qeyd edim ki, ikinci hissə birinci hissədən olduqca təsirli, gərgin, dərin hisslər buraxan ve daha uğurlu alınıb. Kitabın 1-ci hissəni özüm, 2-ci hissəni isə bacım giveaway olaraq qazanıb. Daha sonra mənə hədiyyə edib, bu isə mənim üçün tamamilə xüsusi bir anı olaraq qaldı. Ümumiyyətlə kitaba nəzər salsaq: Kitabın məndə dərin hisslər yaratdı, giriş, romanın ümumi gedişində və son hissədə yazıçı tərəfindən verilən fəlsəfi suallar var idi. Bu hər bir oxucuya "dayan və düşün" əmrini verir. Və bu olduqca maraqlı idi. Düşünürəm ki, hələ uzun müddət bu suallar içində olacam, ya da onlar mənimlə olacaq. Kitabdakı obrazların çoxluğu məni başlarda çətinə salsa da yavaş-yavaş alışdım. Və elə bir problem qalmadı Bu vaxta kimi 100-ə yaxın istəryerli, istərsə də xarici ədəbiyyat nümunələri olan kitablarla tanış olmuşam. Amma öz adımı heç görməmişəm. Bu da mənə ayrı supriz oldu Hər kitabda demək olar ki, xüsusi bağ qurduğum obraz və ya obrazlar olur. Kəsinliklə həm 1-ci, həm 2-ci üçün Ənvər Əlibəyli oldu mənim üçün Heç gözləmədiyim bir sonluqla bitdi. Yuxarıda da qeyd etdiyim kimi romanı olduqca gərgin və dərin hisslərlə oxuyurdum. Hətta sizə deyərdim, bir sonrakı hadisələrdən xəbərdar olmamaq üçün əlimlə növbəti cümlələri örtürdüm. Kitabi oxuduğum müddət ərzində bir neçə dəfə tərs köşe oldum. Romanın dili sadə, axıcı idi, bir gün ərzində bitirmək mümkündür. Təkrar @c1zmaqara_ yazıçımızı təbrik edir, fəaliyyətində uğurlar arzulayıram. Növbəti kitablarda görüşmək ümidi ilə
Mənim Qəhrəmanım Olarsan?! 2Ehtiram Babaşov · Əlfəcin Nəşriyyatı · 202524 okunma
Ora "uşaq evi" deyil. Ora uşaqlığı olmayan yetimlərin yeridir.
Sayfa 79 - Əlfəcin
Hər kəs bir yerə tələsir, amma sonda hamı gecikir. Bəlkə də, tələsmək deyilən şeyin özü bizi geriyə aparır.
Sayfa 79 - Əlfəcin