Nə var Allahdan yuxarı?,
Nə var qəbirdən aşağı?.
Çəkdiyim ahdan yuxarı?,
Bildiyim sirdən aşağı?
Niyə günün gündüzündə,
Quşlar azır göy üzündə?.
Göz yaşları quş gözündən,
Tökülür dən-dən aşağı.
Demə, biz ki, quş deyilik,
Allaha tanış deyilik.
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı.