"Bir insanı cinayət işlədiyi üçün edam etmək, cinayətin özü ilə müqayisə edilməyəcək çox böyük bir cəzadır. Edam edilmək, bir quldur tərəfindən öldürülməkdən daha qorxuludur. Bir quldurun öldürdüyü, məsələn, gecə vaxtı bir meşədə boğazı kəsilən adam son ana qədər qaça biləcəyi ümidi ilə yaşayır. Amma edamda, ölümü son dəfə asanlaşdıran son bir ümid yoxdur, dəqiqlik vardır onda, qəti bir qərar vardır və ondan qaça bilməyəcəyimizdən əmin olmamız bütün o qorxunc işgəncəni doğurur və bu işgəncədən daha böyüyü yoxdur yer üzündə... İnsan təbiətinin dəlilik etmədən buna dayana biləcəyini kim deyə bilər?"