Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Və qoca keçən həftə bir nəfərin qarşısına daş şəklində çıxmağa məcbur qaldığından danışdı. Bu adam nə vaxtsa hər şeyi atıb, zümrüd toplamağa yollanmışdı. O, beş il çayın sahilində çalışdı və heç olmasa bircə dənə zümrüd tapmaq üçün 9 999 999 daş parçaladı. Və ümidsizliyə düşüb öz arzusundan imtina etdi, amma onun cəmisi - BİRCƏ DAŞI qalmışdı - bunu da parçalasaydı, öz zümrüdünü tapacaqdı. Bu zaman qoca işə qarışmağı və ÖZ YOLU ilə inadkarcasına irəliləyən qızılaxtarana kömək etməyi qərara aldı. Daşa çevrilib onun ayaqları altına diyirləndi, lakin beş il boyunca nəticə verməyən səylərindən ümidsizliyə düşən və hirslənən qızılaxtaran daşı təpiklə vurub uzaqlaşdırdı. Amma elə zərblə vurdu ki, daş uçaraq başqa daşa dəyib parçalandı və dünyada ən gözəl zümrüd parıldamağa başladı.
Gənclik çağına qədəm qoyan hər bir insan Öz Yolunun necə olduğunu bilir. Bu illərdə hər şey aydındır, hər şey mümkündür, hər şeyə gücün çatır və insanlar həyatda etmək istədiklərini arzulamaqdan qorxmurlar.
Lakin zaman keçdikcə, hansısa sirli qüvvələr işə qarışaraq Öz Yolunla getməyin mümkün olmadığını isbatlamağa çalışır.
Bu qüvvələr yalnız ilk baxışdan zərərlidir, əslində isə onlar sənə Öz Yolunu necə tapmağı öyrədir. Onlar sənin ruhunu möhkəmlədir, iradəni bərkidir, zira bizim dünyamızda bir böyük həqiqət var: sən kim olursansa ol, nə istəyirsənsə istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu, sənin Yer üzündəki vəzifəndir.
Dünyanın Ruhu insanın xoşbəxtliyi ilə qidalanır. Xoşbəxtliklə, həmçinin kədərlə, paxıllıqla, qısqanclıqla... İnsanın yeganə borcu var: Öz Yolu ilə sonuna qədər getmək. Hər şey bundadır və xatırla ki, nə vaxtsa nəsə istəsən, bütün Kainat sənin arzunun həyata keçməsinə kömək edəcək.