Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Biz yaşamışıq, yaşayırıq və yenə də yaşayacağıq. Həyat dərin yuxu içində keçən bir gecədir, ancaq çox vaxt, qorxunc yuxugörmələr bu dinc yuxunun sakitliyini pozur.
Haçan insan iki eyni dərəcədə güclü və bir-birinin əksi olan A və B motivlərinin təsiri altında olursa və onun hökmən A motivini seçməsi tələb olunursa, onda heç bir halda B motivinin onun üzərindəki təsirini aradan qaldırmağa cəhd etmək yanlışlıqdır; əksinə, hər iki motivi onun üçün elə canlı bir şəkildə aydınlaşdırmaq və təsvir etmək lazımdır ki, bu motivlərin ikisinin də ona olan təsiri maksimum dərəcədə güclənsin; bu halda həmən şəxsin seçəcəyi variant onun təbiətindən doğan mahiyyətini göstərən ən qəti qərarı olacaq və onun bu vəziyyətdə dediyi: "Mən bunu istəyirəm" sözü, "Mən bunu etməliyəm" sözü ilə eyni gücdə olacaq. Siz bu halda onun iradəsinə bələd olacaq və şəxsin bu keyfiyyətini təbiətin gücü hesab edə bilərsiniz. Odun yanmasına, suyun odu söndürməsinə necə inanırsınızsa, bu adamın, ona başqa motivlərdən daha güclü təsir edən motivə uyğun olaraq davranacağına da o dərəcədə arxayın ola bilərsiniz. Biliyi qazanmaq, itirmək, ona düzəliş vermək və ya onda yanılmaq olar, ancaq iradəni heç vaxt dəyişmək olmaz. Buna görə də, "mən anlayıram", "mən bilirəm", "mən görürəm" kimi deyimlərə etibar etmək və onları doğru saymaq olmaz; əksinə, dərk edilən motivə uyaraq deyilən "mən istəyirəm" fikri təbiətin özü kimi sabitdir. Qeyd etməyə dəyər ki, bütünlüklə dərk edilmiş hansısa motivlərlə bağlı çətinlik də mövcuddur: belə ki, bu motivin dərkedilməsi ilə bağlı şərait qismən dəyişə bilər, yaxud fərdin baxışlarında dəyişiklik və ya yanlışlıq yarana bilər.