Çox zaman adamlar onları kədərləndirən şeylərə o biri tərəfdən baxıb sevinə də bilərlər, çünki hər bir şeyin və hər bir işin həm faydalı, həm də ziyanlı tərəfi var. Yaşamaq bacarığı məhz faydalı tərəfi tapmaqdan ibarətdir. Eyni bir şeyə müxtəlif nöqteyi-nəzərdən baxanda onun müxtəlif tərəflərini görmək olar. Belə isə hər şeyə sevinc gözü ilə baxın.
Arzuolunan şeyə çatmağın ən yaxşı üsulu - etinasızlıqdır. Bir şeyi axtaranda tapa bilməzsən; bu haqda fikirləşməyi belə unutsan, özü gəlib səni tapacaq.