Xəyalımız irəli qaçmağı xoşlayır, hər şeyi şişirdilmiş şəkildə təsəvvür edir, nəinki mövcud olan, hətta mümkün ola bilən hər şeyi qamarlamağa çalışır. Qoy ağıl böyük təcrübəyə malik olan düzəlişlərini edərək bizi reallığa qaytarsın.
İnsanlar barəsində təmkinlə mühakimə yürüt. Onları çox yüksəkliklərə qaldırıb nə özünü qorxut, nə də təsəvvürlərinin ürəyini qorxutmasına imkan ver. Bəziləri onları tanımayana kimi sanki allahdırlar. Yaxın tanışlıq, adətən, hörmət yox, təəssüf doğurur.