-Tale deyə bir şey yoxdur!-o bir az qəzəbli səslə mənə cavab vermişdi.-İnsan heç bir vaxt varlıqları iddia edilən hansısa ali qüvvələrə arxalanmamalıdır.İnsanın taleyinin ipləri öz əlindədir və ondan başqa heç kim bu ipləri idarə edə bilməz.
O,bitkilərə belə onlar inciməsin deyə yüngülcə toxunardı.O,heyvanlarla insanlarla danışırmış kimi danışar,heyvanlar da bu sevgini hiss edərək onu gördüklərində sevincdən atılıb-düşərdilər.Mən bu sevgi dolu aləmin içində yer tutduğum,canlı bir varlıq olduğum üçün özümü əsilli-nəcabətli sülalənin bir üzvü olduğumdan daha çox xoşbəxt hiss edirdim.
Onları boş vaxtlarında elə bir işlə məşğul etməlisən ki,real həyatdan uzaqlaşsınlar.Yoxsa kimlrəsə sərf etməyən məsələlər barəsində düşünməyə başlayacaqlar.