-Birdən sən kötək yesəydin,onda necə?Bil ki,mütləq hər güclüdən daha güclüsü var və davadan da həmişə qələbə ilə çıxmaq olmur.
-Sən də bil ki,əzizim Erin,mən kötək yesəydim belə,nəticə yenə bizim xeyrimizə olacaqdı.Onlar bizimlə yenə də dostlaşacaqdılar.Çünki cəsarətli insan döyülsə də,hörmət qazanır.
-Döyüldüyünə görəmi qazanır?
-Xeyr,cəsarətinə və qorxmazlığına görə...
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Nə zamansa cəsarətsizliyindən,qorxaqlığından atmadığın addımların bədəli olaraq sonradan heç vaxt qurtula bilməyəcəyin bir yükün altına girmiş olursan.O yerdə ki olmalısan,oradan qaçırsan,o anda ki danışmalısan,susursan,nəhayət,payına səni bir ömür tərk etməyəcək vicdan əzabı düşür.Bütün ömrünü özünə nifrət edərək yaşayırsan.Deyilmiş kobud və nahaq bir spz qarşısında susan sonradan bir ömür üzündən tüpürcək təmizləməyə hazır olmalıdır.
Bir halda ki,azadlığı əldə etmək,layiqli şəxsiyyətə çevrilmək üçün qorxunun üzərinə getmək,onunla əlbəyaxa olmaq lazımdır.Ömür boyu qorxu və dəhşətlə yaşamaqdansa,qorxulu və dəhşətli aqibət daha yaxşıdır.
Heç bir müharibədə tamamilə haqlı və ya haqsız,günahkar və ya günahsız tərəf olmur.Müharibəyə girmiş ölkələrin hamısı az və ya çox müqəssirdirlər.Tarixi qaliblər yazır - bunu da unutmaq olmaz.Əgər almanlar qələbə çalsaydılar,görəsən,biz yenə də onları indi tanıdığımız kimi tanıyacaq və bu qədər lənətləyəcəkdik?