Rza Mammadov

352 syf.
9/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
Qar
Salamlar. Daha bir yeraltı ədəbiyyatının sonuna gəldik. Sonu olmayan başlanğıca. İlk Yeraltı ədəbiyyatı ilə tanışlığım Kinyas ve Kayra'dan başladı və hələdə davam edir. O kitab qarşıma çox çıxdı. Facebook'da, filmə baxanda, kiminin isə əlində. Maraq doğurdu. Aldım oxudum. (Onda hələ təzə təzə başdıyırdım kitab oxumağa). Hələ də yadımdadı ilk dəfə oxuyanda öz-özümə dedim. Bu nə yazıb, Mən nə oxuyuram. Hardasa 50-60 səhifə oxudum. Atdım qırağa. Üstündən 10-15 gün keçdi. Birdə başladım oxumağa. Artıq oxuyanda hər bir cümləsi məni cəlb edirdi. Onda bildim ki, yeraltı nədir. Qismət olarsa birdə oxuyacam. Nəysə Bu gün ki kitabımız Kinyas ve Kayra olmasa da onun qədər dəyər verdiyim Ziyan'dır.
Hakan Günday
Hakan Günday
bəy digər əsərlərində olduğu kimi bu əsərində də həyatın sərt üzünü, görünən və görünməyən tərəflərini qeyd edir. Bu kitabın həyatımda yeri çox əzizdir. Kitabın mövzusu məcburi hərbi xidmət keçən bir əsgərin ağrılı acılı günlərindən və xəyali obraz kimi qarşısına çıxan Ziya Hurşitdən bəhs edir. Xidmətdən qayıtdıqdan sonra bu kitabı alıb oxuduğuma dair söz vermişdim. Və sözümün üstündə durdum. Gec olsada oxudum. Və kitabın sonunda belə bir cümlə çox diqqətimi çəkdi. "Şu an donarak ölmekte olan Mehmetçiklerimize buradan kucak dolusu sevgiler... Bilmirəm niyə bu qədər yeraltı ədəbiyyatını bu qədər sevdim. Bəlkə də yeraltını görmək üçün. Görünməyəni görmək üçün...
Ziyan
ZiyanHakan Günday · Doğan Kitap · 20195,1bin okunma
Reklam
176 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Kitab Charles Darwini tanımaq istiyənlər üçün başlanğıc kitab sayıla bilər. Kitab Charles Darwin'nin öz dilindən bioqrafiyasıdır. Çox geniş ətraflı yazılıb. Tərcüməsi də pis deyildi. Növlərin mənşəyi kitabının necə ortaya çıxdığı, biql gəmisi ilə səyahətini, və qarşılaşdığı çətinlikləri qeyd edib. Charles darwin'i digər kitablarından öncə bu kitabı başlanğıc kimi oxumanızı tövsiyə edirəm.
Əqli Qabiliyyətimin və Xarakterimin İnkişafı Haqqında Xatirələrim
Əqli Qabiliyyətimin və Xarakterimin İnkişafı Haqqında XatirələrimCharles Darwin · Qanun Nəşriyyatı · 2017128 okunma
96 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
1943-1955-ci illərdə Yaponiyada yaşayan bir qızın əsl həyat hekayəsi.  ABŞ İkinci Dünya Müharibəsini dayandırmaq üçün Xirosimaya  bomba atanda balaca Sadako burada yaşayırdı.  Bomba tərəfindən yayılan radiasiya nəticəsində lösemi xəstəliyinə tutuldu və 12 yaşında öldü.  Çox təsir edici və emosional bir kitabdır.  Müharibələrin insanların həyatını, xüsusən də uşaqların həyatını necə məhv edə biləcəyindən bəhs edir.  Çox qısa müddətdə kitab bitdi və  Kitabı oxuduqdan sonra uzun müddət düşünəcəksiniz. "İnsanlara atom bombası səbəbindən Xirosimada iki yüz min insanın öldüyünü söyləmək, kiçik bir qızın hekayəsini danışmaq qədər təsirli deyil."
Sadako ve Kağıttan Bin Turna Kuşu
Sadako ve Kağıttan Bin Turna KuşuEleanor Coerr · Beyaz Balina Yayınları · 202110,5bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
136 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Stephen Hawking-Aforizmalar
Hawkingin həyat hekayəsi və əzmkarlığı həmişə diqqətimi çəkmişdir.  Heç vaxt təslim olmamalı olduğumuzu və hər zaman bir ümid olduğunu xatırladır.  Kitabda qısa aforizmlər var və bu aforizmlər onun özünəməxsus düşüncəsini əks etdirir. Hawking"in müxtəlif mövzularda  fikirləri qeyd edilib.  Əsasən Tanrı və kainatı sorğulaması kitabda diqqət çəkən məqamdı. Bəzi kitablarından da  fikirləri əlavə edilib. 
Aforizmalar
AforizmalarStephen W. Hawking · Zeplin Kitap · 2018553 okunma
192 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Albert Einstein deyəndə ağlıma çox fərqli düşüncəli əyləncəli insan gəlir. Einstein həmdə Nikola Tesla'dan sonra ən çox sevdiyim elm insanıdır. Hər birinin dünyaya töhfəsi olmuşdur. Hər bir İfadəsi insanı həm güldürə, həm öyrədə, həm də öz sualları qarşısında cavabsız qoya bilər. Kitabda Olan aforizmlər onun məqalələrindən Məktublarından və başqa kitablarından götürülmüş ifadələrdir. Dünyaya olan baxışı bu ifadələrdə öz əksini göstərmişdir. Einstein'nin müharibəyə, kapitalizmə, insanın həyata baxış bucağı, din, tanrı, siyasət, atom bombası, özünün nisbilik nəzəriyyəsi, milliyətçiliyə, əsgərliyə təhsil, hər bir mövzuda öz baxış bucağı bu kitabda göstərilmişdir. Fikrimcə onun kitablarında olan fikirlər ( dünyaya olan baxışı) əsl elm insanına uyğun (yaraşan) fikirlərdir.
Aforizmalar
AforizmalarAlbert Einstein · Zeplin Kitap · 2018478 okunma
Reklam
176 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Kitab çox yaxşı yazılıb. Maraqlı Və çox Sadə. Bu gün hamımızın qarşılaşdığımız problemləri izah edir. Günümüzün maddi və stresli dünyasında 'ikagai'-hər səhər yataqdan qalxma səbəbini tapmaq, səni xoşbəxt edən bir şey tapmaq çox çətin ola bilər. Ancaq bu dünyada yüz ildən çox yaşı olan, aktiv və xoşbəxt olan, sevdiklərini edən insanlar var! Yaşlarında bu qədər həvəsli ola bilərlərsə, niyə bizdə olmasın? Məncə Hər şey insanın öz daxili intizamından asılıdır. Və bu insanlar da illərdir daxili intizamını inkişaf etdiriblər. Kitabda ən bəyəndiyim qanun qidalanma ilə bağlı idi. "Mədə'nin 80% ini" doldur. 'Düzgün yeyin, idman edin və sizi xoşbəxt edən şeyi edin' bu şüarı izləyərək yaşamaq üçün səbəbimiz olan 'ikagai' ni mütləq tapa bilərik.
Ikigai - Japonların Uzun ve Mutlu Yaşam Sırrı
Ikigai - Japonların Uzun ve Mutlu Yaşam SırrıFrancesc Miralles · İndigo Kitap · 202019,1bin okunma
216 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Ted bundy-Bir Seri Katilin Anatomisi
Theodore Robert Bundy 20-ci əsrin serialı Qatili. Qurbanların sayı 36. Qurbanların həqiqi sayı bilinmir və ehtimal ki, daha çoxdur. 30 cinayəti etiraf edib. Qatil ilk cinayətlərini 1974-cü ildən başlayıb. Qatil əsasən qadın tələbələri hədəf alırdı. Onlardan kömək istəyirdi, maşına mindirib qaçırırdı. Cinayətləri müxtəlif yerlərdə işləyirdi. Bu da onun axtarışını çətinləşdirirdi. Cinayətlərini vosvos (1968 VOLKSWAGEN BEETLE) vasitəsilə edirdi. 2 dəfə Polis tərəfindən Şübhəli bilinərək həbs olunub. Hər dəfəsində qaçmağı bacarmışdı. Kitabda Ted bundy'nin həyatından, müsahibələrdən, Şəkillərdən, Məhkəmə icraatlarıdan ibarətdir. Deyə bilərəm ki Dünyanın ən savadlı və dəhşətli serial qatilidir. Çünki bir kollec məzunu, hüquq fakültəsinin tələbəsi idi. siyasətlə çox maraqlanırdı. 24 yanvar 1989-cu ildə Florida Dövlət Cəzaçəkmə Müəssisəsində Ted Bundy elektriklə edam edildi.
Bir Seri Katilin Anatomisi
Bir Seri Katilin AnatomisiArkın Gelişin · Herdem Kitap · 2014189 okunma
200 syf.
10/10 puan verdi
·
Beğendi
·
26 saatte okudu
Elon Musk: Gələcəyi Quran Adam
Elon Muskın qeyri-adi həyatından bəhs edən bir kitab Texnologiya ilə maraqlanan hər kəsin xoşuna gələcək bir kitab. Elon Musk, süni zəka, texnologiya və kosmos kimi sahələrdə marağı olan hər kəs tərəfindən bilinən bir CEO. Uşaqlığında çox kitab oxumuş, idealları olan və insanlığa fayda gətirəcək həll yolları tapmağa çalışan ixtiraçı, araşdırmaçı, mühəndis və təşəbbüskardır. Ön sözdəki Elon musk'ın həyatını və hədəflərini qısaca izah etdikdən, sonra müxtəlif yerlərdə etdiyi konfrans və müsahibələrindən ən vacib yerləri kitaba əlavə edilibdir. Bunun sayəsində bir tərcümeyi-hal oxuduğumu hiss etdim. Ümumiyyətlə, bir nəfəsdə oxunacaq kitablardan biridir.
Geleceği İnşa Eden Adam
Geleceği İnşa Eden AdamElon Musk · Zeplin Yayınları · 2017958 okunma
460 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Qəza, 26 Aprel 1986-cı il, şənbə günü 4 nömrəli reaktorun sınaq testləri zamanı başladı. Oxuduğum ən təsirli və faciəli kitablardan biri oldu Çernobil duası. Kitab 26 aprel 1986-cı ildə baş verən Çernobil hadisəsindən ziyan çəkmiş insanların müsahibələrindən ibarətdir. Kitabda olan ən təsirli 2 hissə: 1. Hastanede yatıyorum... O kadar çok ağrım vardı ki... Annemden rica ettim: "Anneciğim, dayanamıyorum artık. Beni öldürsen daha iyi olacak!" 2. Evlerimize döndük. Üzerimdeki her şeyi çıkardım, orada giydiğim tüm kıyafetleri ve hepsini çöp bacasından aşağı firlattım. Yalnızca kepimi küçük oğluma hediye ettim. Çok istemişti onu. Hemen taktı, bir daha da hiç çıkarmadı. İki yıl sonra oğluma beyin tümörü teşhisi koydular... Gerisini kendiniz yazın. Daha fazla konuşmak istemiyorum...
Çernobil Duası
Çernobil DuasıSvetlana Aleksiyeviç · Kafka Kitap · 20171,084 okunma