Gecələr çətin olur
Xısın-xısın darıxmaq.
Bir də zəng ümidilə
Tez-tez telefona baxmaq.
Bir də xatirələri
Edirəm ələk-vələk.
Bilirsən, necə olur
Gəlməyəni gözləmək?
Bilirsən, heç nə qədər
“Qayıt” yazıb pozuram?
Yerə çəngəl də düşsə,
Gəlməyinə yozuram.
Bilirsən, indi gəlsən
Bərk-bərk qucaqlayaram.
Səni sinəmə sıxıb,
Bir az da ağlayaram.
Bilirsən, indi sənsiz
Havalar da sazaqdır.
Əllərini deyirəm,
Mənə niyə uzaqdır?
Bir də ki, ağbənizlim,
Küçədən biri ötsə
Sən sanıb karıxıram.
Hə, bir də üşüyürəm,
Bir də ki,