Səadət Fərzəliyeva

Səadət Fərzəliyeva
@SaadatFarzaliyeva
Ədalətin ədalətli paylanmadığı bu dünyada haqq çarçısı olmaq qədər mənasız heç nə yoxdur.
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Bəzən xoşbəxtliyi üçün vuruşduğun insanlar əllərinə silah düşən kimi ilk səni vururlar. Başa düşürsən ki, nə onlarla eyni cəbhədə, nə də qarşı cəbhələrdə döyüşməyin adı var. Həmin anda heç nəyə baxmadan, hər şeyi arxada qoyaraq çıxıb getməyi seçirsən.
Puan vermedi·432 syf.··
2026 8. kitabı
Esmiralda… Təsirləndiyim, gözümü dolduran bir çox roman oxumuşam. Adətən kitablar haqqında incələmə yazmıram, hətta bu platformadan da çox aktiv istifadə etmirəm. Amma bu kitab məndə elə hisslər oyatdı ki, fikirlərimi yazmadan keçə bilmədim. Esmiraldanın acısını, sevincini, çarəsizliyini və bütün bunların içində ümidini itirmədən mübarizə aparmasını sanki onunla birlikdə yaşadım. Mələklə dostluğu, İlyasla qurduğu bağ məni ən çox təsirləndirən məqamlardan oldu. Qəzəbləndiyi anlarda qəzəbləndim, üzüldüyü anlarda üzüldüm. Xüsusilə Mələklə olan bəzi səhnələrdə çox duyğulandım. Onların arasındakı səmimiyyət, gerçəklik və bir-birlərinə olan sədaqət istər-istəməz göz yaşlarıma səbəb oldu. “Birlikdə edərik” kimi cümlələrin sadəcə söz olaraq qalmaması məni ayrıca təsirləndirdi. Bəlkə də buna səbəb bir zamanlar dostumla qurduğumuz bəzi planları həyata keçirə bilməməyimizin verdiyi hiss idi. Bu baxımdan onların bacarması həm kövrəltdi, həm də sevindirdi. Kitabda bəyənmədiyim yeganə məqam bəzi hissələrin mənə bir qədər uzun gəlməsi oldu. Bəzən artıq bildiyimiz və ya eşitdiyimiz fikirlərin təkrarını oxuyurmuş kimi hiss etdim. Buna baxmayaraq, ümumi olaraq əsər məndə çox xoş təəssürat yaratdı. Xüsusilə də içimi isidən sonluğu ilə uzun müddət yaddaşımda qalacaq kitablardan biri oldu.
GünahkarlarÜlviyyə Cəfər · Çardaq Nəşriyyat · 20253 okunma
Puan vermedi·432 syf.··
2026 8. kitabı
Ülviyyə Cəfər
9/10 · 3 okunma
Yoxluğun həm var, həm yox kimidir... Böyük bir boşluq var həyatımda... Hansı ki, bir zərrə də olsa qapanmır... O boşluğun adı sənsən... O yoxluğun adı sənsən... Amma bir şey də var ki, ətrafımdakı hər şeydə sən varsan.