Neçə illər arzuladığıma,nəhayət ki,nail olmuşdum.Amma indi,istədiyimə çatdıqdan sonra içimdə elə ayağımı salladığım bu baxımsız hovuz kimi boşluq hiss edirdim.
Çovğunda azmışam.Külək vıyıldayır,qar dənələrini düz gözümün içinə çırpır.Mən ləpələnən qar layları arasında səndələyirəm.Köməyə çağırıram,amma qışqırtım küləyin içində batır.Yıxlıram və qarın üstündə üzüqoylu uzanıb,ağır nəfəs alıram,yavaş-yavaş ağ rəngin içində itirəm,külək isə qulağımın dibində ağlamaqda davam edir.Qarın mənim ayaq izlərimi örtdüyünü görürəm.
Mən artıq bura qədər gəlmişdim.Bura qədər salamat qala bilmişdim.İndi birdən-birə ümid gerçekliye çevrilmişdi.Mən artıq ümid etmirdim,mən bilirdim udacağam.Tez,ya gec.