Özün ki,həmişə göydən baxırsan,
Mən axı kiməm ki, səni aldadam.
Keyfim saz olanda - yaddan çıxırsan,
Keyfim pis olanda - düşürsən yada.
İndi ha söz qoşum aya,ulduza,
Ha deyim bu gecə gözəl gecədir.
Bu gecə mən sənə üz tutmuşamsa,
Özün bilirsən ki, keyfim necədir
Ramiz Rövşən
Könlümdə nələr var,sənə neylim,demək olmur,
Yox bir elə hal əhli deyim, dərdimi qansın.
Cənnət ki, deyirlər, ona bir kimsə inanmır,
Sən göstər o gül çöhrəni, qoy aləm inansın.
Əliağa Vahid