Həə, deməli, məlumdu məsələ...
Məsələn, işıq sönmüş otaqda bir kibriti
tapanacan
nə qədər lazımsız əşyaya toxunursan
stola, divara, televizora...
Həə, deməli yaşamaq da belədi -
bir "kibrit" axtarışında
arvad-uşağa, vətənə, dost-tanışa və sairəyə
toxunmaqdı yaşamaq.