- Öz işçisindən rüşvət alanda yaxalayıblar. Cəmi cümlətanı otuz manatın üstündə getdi güdaza.
- Az alanları yaman tez tuturlar. Çox alanlara heç ilışmirlər...
"Bilirsən, bunlar kimdir? Sizdən əvvəlkilər... Sizdən çox-çox əvvəlki nəsil... Məktəbi bitirməyi arzulayan, amma arzuları ürəyində qalanlar... Ona görə də hər gecə bura gəlirlər..."
"Onlar məktəb həyatından doymadılar, həyatın daş-kəsəkli, çətin yollarına çox erkən atıldılar. On beş yaşlarında müharibəyə yollanan oğlanlar, erkən evləndirilən qızlar, peşə öyrənsin deyə on iki yaşında məktəbdən çıxarılıb usta yanına göndərilənlər..."
"Bu uşaqlar... bu uşaqlar gecə uşaqlarıdır. Hər gecə bura gəlirlər. Sən bəzən dərslərdən bezirsən, məktəbdən qurtulmaq istəyirsən, ancaq onların arzusu səninkinin əksi idi. Məktəb onların xilası olacaqdı, amma bacarmadılar... İndi, kim bilir, özləri haradadırlar... Fəqət ürəklərindəki oxumaq eşqini burada qoyub gediblər..."
Qayğısı — havaydı,
Görmürdüm əvvəl,
Deyərdim olmasa,
olsa da birdir.
İndi bilirəm ki,
Mənim nəfəsimin təngidiyi yerAta qayğısının itdiyi yerdir.
Bir insan çevrilib
bir məzar oldu,
Torpağın tapdanmış bir qarışında
yer qabar oldu.
Bu qabar sinəmdə bir qübar oldu…
"Bir gün o durnalar Qarabağa getdilər..."
Dünya karantin adı ilə evə qapananda bizim oğullar Vətənin bütövlüyü adına evdən çıxdılar. Həyatımızda yeni bir səhifə açdılar. Yeni bir tarixin qəhrəmanları oldular. Namusumuzu təmizlədilər, bizə qürur verdilər, qarış-qarış Vətənin bütövlüyünü təmin etdilər. Artıq xəritədə qartal dimdikli Azərbaycanın köksündə yara görünmür. Bütövdür... Azaddır... Məğrur və vüqarlıdır... Qürurluyuq... Hamısı o "durnalar" sayəsində oldu.