Seçilmiş Eserleri

İsi Məlikzadə
Tahmini Okuma Süresi:
9 sa. 31 dk.
Sayfa Sayısı:
336
Basım Tarihi:
2005
Yayınevi:
Şərq-Qərb
Orijinal Adı:
Seçilmiş Əsərləri
ISBN:
9789952418318
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

İki günün qonağı
Puan vermedi·336 syf.·
2025 8. kitabı
60-70-ci illərin Azərbaycan ədəbiyyatı mənə həmişə üstüörtülü, tərif dolu təsir bağışlayıb. Buna baxmayaraq, həmin dövrdə yazıb-yaradan qələm sahiblərinin yaratdığı ədəbiyyatı qeyri-ciddi hesab etmək düzgün olmaz. Vaqif Yusiflinin sözləri ilə desək: “Kimsə onların rolunu həddindən artıq şişirdir, kimsə isə inkar edir. Lakin nə həddindən artıq şişirtməyə, nə də inkar etməyə lüzum yoxdur.” Mən də bu fikirlə razıyam. İsi Məlikzadəni digər “atmışınçılardan” fərqləndirirəm. Çünki digərləri qəhrəmanlarını toxunulmaz edib böyütdüyü halda, o, obrazlarını sadə və real göstərirdi. Onun povestlərini oxuyanda şahidi oluruq ki, qəhrəmanlar təkcə güclü insanlar deyil, həm də yolunu, izini bilməyən, çəlimsiz, sadə insanlardır. Məlikzadənin hər şeyi reallığı ilə verməsi və bu baxış bucağı dövrün ədəbiyyatı üçün dəyərlidir. Lakin yazıçının povestlərində və hekayələrində bir növ natamamlıq hiss olunur. Mənə görə, bu, XX əsr Azərbaycan insanının psixologiyası və yaşadığı şəraitlə bağlıdır—Sovet təfəkkürünün qalıqları ilə. Umud və Qaçay kimi həyatın mənasını tapa bilməyən obrazlar bu gün də aktualdır. Elçin Əfəndiyevin “Quyu” povestindəki rəyindən də görünür ki, burada gələcəyin daha dərin problemlərinə işarə edilir. Burada təsvir olunan XX əsr insanları XXI əsrdə daha mürəkkəb çətinliklərlə üzləşir. Çün XX əsr öz problemlərini XXI əsrə miras qoyub gedir. İsi Məlikzadə əsasən kişi obrazları və onların instinktləri üzərindən mövzulara yanaşdığı üçün qadın surətləri tam açıq düşüncələrini, hisslərini hiss edə bilmədim. “Dədə Palıd” povestindəki Nurcabar obrazı mənə həmin dövrün yazıçılarını, şairlərini və ziyalılarını xatırladır. Onlar “Dədə Palıd”a vurğundurlar, amma onun məhv olmasını sadəcə izləyirlər. Bu obraz həm təbiətə edilən qəsdi vurğulayır, həm də əli heç nəyə çatmayan
Alıntı
Seçilmiş Eserleriİsi Məlikzadə · Şərq-Qərb · 200537 okunma
8/10
·336 syf.··
Beğendi
·
2021 52. kitabı
·
5 günde okudu
·
Okunma: 09 Mayıs 2021 20:38
Gəlin danışaq İsi Məlikzadə'dən. Tövsiyə üzərinə oxuduğum ilk kitab oldu. Əks təqdirdə bu kitab da həyatım boyunca oxuya bilməyəcəyim tozlu kitabların tozlu rəfində öz yerini qoruyacaqdı. Hətta sadəcə bir-iki kiçik hekayəsini oxumaqla yetinəcəkdim. Bir hekayə, iki hekəyə deyib bir də baxdım povestləri oxumağa başlamışam və beləcə də kitabı bitirməyimə səbəb olan amil bəlkə də uzun müddətdir Azərbaycan ədəbiyyatından ayrı düşməyim idi. İsi Məlikzadə 60'cı İllər Nəsli Modern Azərbaycan Ədəbiyyatının banilərindəndir. Əsərləri ideallaşdırılmış qəhrəmalardan daha çox reallığa dayanır və 60-90'cı illər Azərbaycan kəndlisinin həyatının mənəvi-əxlaqi predmetləri üzərinə qurulub. Mənim də ən çox sevdiyim bu məqam oldu. Əsasında da əsərlərinin sonluğu – bitiriş, son nöqtəni qoyma üslubu. Özünün də yazdığı kimi: "Xoşbəxtliyə aparan yolda neçə uçurum var..." Uçurumlara gəlmədən kitabın içindəkiləri əvvəlcə belə qeyd edim: Povestlər: – Evin Kişisi – Küçələrə Su Səpmişəm – Quyu – Dədə Palıd – Gümüşgöl Əfsanəsi Hekayələr: – Oğul – Duz – Talisman – Qatarda – Şehli Çəmənlərin İşığı Gümüşgöl Əfsanəsi povesti "Bəbək", "Nizami" filmlərinin rejissoru Eldar Quliyevə ithaf olunub. Mənim favoriti hekayəm olan "Qatarda" isə dahi və sevimli aktyorumuz Həsənağa Turabov'a. İndi uçurumlara gəlsək uzun uzadıya hər bir hekəyəsini, povestini, obrazlarını müzakirə etmək olar. Adətimə və Oblomovluğuma sadiq qalıb, bu incələmədə buna lüzum görmürəm. Bənzətmə olaraq; sanki, bir "Park", "Ölsəm Bağışla", "Güllələnmə Təxirə Salınır" izləyirsən o qədər. O qədər deyirəm, amma inkar olunmazdır ki, bu filmlər Azərbaycan filmləri içində necə böyük dəyərlərə sahibdir. Bu kitabda onlardan biri və bu dəfə o dövrlər ağ-qara lentlərdə yox, rəngli film lentləri kimi xışıldayıb, axıb getdi
Edebiyat
Seçilmiş Eserleriİsi Məlikzadə · Şərq-Qərb · 200537 okunma
10/10
·336 syf.··
2026 9. kitabı
İsi Məlikzadənin "Evin kişisi" povestini dinlədim. Ümumiyyətlə bu adam ləzzət edir mənə. Qərara almışam ki, bütün əsərlərini tapıb oxuyum. Elə bir əsəri olmayıb ki, onu oxuyum və ya dinləyim, amma xoşuma gəlməsin, zövq almayım. Mənim ən çox sevdiyim Azərbaycan filmi olan "Pəncərə"nin ssenarisini də İsi Məlikzadə yazıb.
Seçilmiş Eserleriİsi Məlikzadə · Şərq-Qərb · 200537 okunma
7/10
·336 syf.··
Beğendi
·
2017 2. kitabı
·
14 günde okudu
·
Okunma: 29 Ocak 2017 00:00
İsi Məlikzadə,kənd həyatını,kənd camaatını ustalıqla təsvir edə bilən yazarlarımızdan biridir. Kitabda yer alan hekayələri bir-birindən maraqlı və oxunaqlıdır.
Seçilmiş Eserleriİsi Məlikzadə · Şərq-Qərb · 200537 okunma
İsi Məlikzadə
10/10
·336 syf.··
2023 25. kitabı
·
18 günde okudu
·
Okunma: 17 Ekim 2023 14:34
İsi Məlikzadə ilə tanışlığım tələbəlik illərinə təsadüf edir. "Gümüşgöl əfsanəsi" məni müəllifin nağılları xatırladan üslubu ilə tanış etdi. Onun yaratdığı personajlar öz orjinallıqları ilə diqqəti cəlb edir. Yəni ki, qəhrəmanlar sıravi insanlardır, nə çox yaraşıqlıdırlar, nə çox zəngin, nə çox ağıllı, nə də ki çox güclü. Qurban və ya zalım olub-olmamaqlarından asılı olmayaraq obrazların hiss və duyğularını olduqca canlı təsvir edən yazıçı oxucuya onları mühakimə etmə haqqı vermir. Çünki ən gözəl hakim elə həyatın özüdür:)
2023 Okuma Raporları
Seçilmiş Eserleriİsi Məlikzadə · Şərq-Qərb · 200537 okunma

Yazar Hakkında

İsi MəlikzadəYazar · 6 kitap
İsi Abbasoğlu Melikzade, 1 Mayıs 1934'te Ağcabedi'de doğdu.  1957'de Azerbaycan Sanayi Enstitüsü Petrol-Kimya Fakültesinden mezun oldu. Aynı yıl Ezizbeyovneft madenler idaresinde ve 1961'de Azerbaycan Komünal Ekonomi Bakanlığı Başgaz idaresinde çeşitli görevlerde çalıştı. Azerbaycan Edebiyatının bir dönemine şekil veren 1960 Nesri yazarları arasında yer aldı. 1980'de Ulduz dergisinde düzyazı şubesi müdürü, 1981'de Mozalan Mizahi kısafilm büyük redaktörü, 1983'te Azerbaycanfilm stüdyosu baş redaktörü olarak görev aldı. 1988'de Azerbaycan Devlet Akademik Dram Tiyatrosunda edebi bölümler müdürü oldu. Ömrünün sonuna dek Azerbaycandergisinde sosyal ve siyasal bölüm şubesinin müdürü, Azerbaycan Medeniyet Fonunun Garabağ şubesinin başkanı olarak çalıştı. 1968'de Azerbaycan Yazarlar Birliğine üye oldu.  5 Aralık 1995’te vefat etti.    ESERLERİ: 1.      Hesretin Sonu, Bakü, 1964. 2.      Özge Anası, Bakü, 1969. 3.      Kövrek Kanadlar, Bakü, 1973. 4.      Küçelere Su Serpmişem, Bakü, 1977. 5.      Yaşıl Gece, Bakü, 1979. 6.      Güneşli Payız, Bakü, 1982. 7.      Dede Palıd, Bakü, 1984. 8.      Gümüşgöl Efsanesi, Bakü, 1987. 9.      Şehli Çemenlerin İşığı, Bakü, 1991. 10.  Polaşaların Novruz Bayramı, Bakü, 1992.