Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Seçilmiş Eserleri

İsi Melikzade

Seçilmiş Eserleri Sözleri ve Alıntıları

Seçilmiş Eserleri sözleri ve alıntılarını, Seçilmiş Eserleri kitap alıntılarını, Seçilmiş Eserleri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
— Sancmır səni? — Nə? — Alnındakı ağcaqanad... Qov onu, dədə. Qanını sorur axı. — Mənim nə qanım var ki, Allahın bu heyvanı da sora.
Sayfa 94 - Şərq-Qərb Nəşriyyatı - QuyuKitabı okudu
"Alə, mən ölüm, bunun başı baton çörəyə oxşayır." İçərişəhər uşaqlarına nə var – ağızlarına bir söz düşdümü, qurtardı – o gündən Qorxmaz'ın adı qaldı "Baton". Axırda Fatma həkim də öz qoyduğu adı unudub, öz oğlunu "Baton" çağırırdı...
Sayfa 222 - Şərq-Qerb NəşriyyatıKitabı okudu
Reklam
Hərkəsin içində bir Nurcabbar olduğunu beləcə anladıq.
— Cavanlığımda bəlkə on qıza vurulmuşam, amma onların biri də bu dünyada olmayıb, xəyalımda özüm yaradırdım onları. Yaradırdım, sevirdim, vurulurdum, ancaq istəmirdim ki, mənim olsunlar. — Niyə axı? — Axı onların biri mənim olsaydı, day o birilərini yarada bilməzdim. Hər şey qurtarardı mənimçün. Onaların əzabını çəkməkdən xoşum gəlirdi. Əlim yetmirdi, məhəbbətim nakam qalırdı, mən də ləzzətnən dərd çəkirdim. Dünyada ondan şirin dərd yoxdur.
Sayfa 191 - Şərq-Qərb Nəşriyyatı - Qoca Palıd - Nurcabbar və Bağır'ın dialoqundanKitabı okudu
Xoşbəxtliyə gedən yolda neçə uçurum var...
Sayfa 274 - Şərq-Qərb Nəşriyyatı - Gümüşgöl ƏfsanəsiKitabı okudu
—Ayə, görürsənmi, o dağı? "Göyəzəndi" onun adı. Eşitmisənmi? Görürsənmi nə şişdir ucu? Nizə kimidir ha! Deyirəm dırmaşım ora... vaxt tapa bilmirəm. — İçməkdən başın ayılmayacaq. Muradın gözündə qalacaq. Əziyətin bizim çiynimizə düşəcək; gərək meyidini qaldıraq Göyəzən'nin kəlləsinə, səni orda basdıraq. Qəbrinin də üstünə bir vedrə çaxır tökək.
Sayfa 295 - Şərq-Qərb Nəşriyyatı - TalismanKitabı okudu
Atalar deyişməsi
— Axşamın xeyirindənsə, gündüzün şəri yaxşıdı, Əsli bacı. Umud dönüb, tövləyə tərəf getdi. Fikirləşdi ki, Pirinin sözləri səfeh sözlərdi, cəfəng sözlərdi. Çünki adam elə axşam da xeyir tapa bilər, lap gecənin yarısı da xeyir tapa bilər. Sonra düşündü ki, bu sözlər Pirinin deyil, atalar məsələdir. Atalara qurban olum, görünür, onların da içində tənbəli olub. Bu sözləri yəqin axşamın işini sabaha qoyan ərincək atalar düzəldiblər. Ərincək olmasaydılar belə deməzdilər. Çünki onların fərasətli, diribaş tay-tuşları bunun tərsini deyiblər: "Bu günün işini sabaha qoyma."
Sayfa 96 - Şərq-Qərb Nəşriyyatı - QuyuKitabı okudu
Reklam
Nəinki ağaclar, Kür də yox olur, İsi dayı!
İndi Kür də səngimişdi, daha dalğalı dili ilə sahili yalamırdı. Kür susmuşdu. Kür küsmüşdü. Kür yerlərdən asta-asta, oğrun-oğrun keçirdi, çünki Kür'ün hənirini səsə göndərən, avaza döndərən ağaclar yox idi.
Sayfa 152 - Şərq-Qərb Nəşriyyatı - Dədə PalıdKitabı okudu
Gecələr darvazanın qəmşərində ləngiyərdi və əlini qulağının dibinə qoyub yapışıqsız, cır səsi ilə bərkdən oxuyardı: "Küçələrə su səpmişəm Yar gələndə toz olmasın."
Sayfa 61 - Şərq-Qərb Nəşriyyatı - Küçələrə Su SəpmişəmKitabı okudu
Küçələrə su səpmişəm
Kaş Sayad ona kağız yazaydı. Yazaydı ki, Xəlil, ay Xəlil, "Küçələrə su səpmişəm, yar gələndə toz olmasın." Birdən ona elə gəldi ki, rayon mərkəzində uca dirəkdən asılmış gümüşü radio xırıldadı. Sonra xırıltı kəsildi, həzin musiqi çalındı. Yoğun, yatımlı, bakirə bir səs – bir kişi səsi gecenin sükutuna qəribliyinə bir layla çaldı: "Küçələrə su səpmişəm Yar gələndə toz olmasın."
Sayfa 90 - Şərq-Qərb Nəşriyyatı - Küçələrə Su SəpmişəmKitabı okudu
Gecələr çaylarda, gölməçələrdə qurbağalar tənbəl-tənbəl quruldayıb adama mürgü gətirirlər.
Sayfa 322 - Şərq-Qerb Nəşriyyatı - Şehli Çəmənlərin İşığıKitabı okudu
Reklam
— Dədə, bu tulanın cavanlığı yadındadır? — Sarsaq oğlu sarsaq, guya tula mənim tay-tuşumdur.
Sayfa 104 - Şərq-Qərb Nəşriyyatı - QuyuKitabı okudu
köpəkoğlunun malı haha
Umud başbarmağının yanındakı xıpxırda, sarımtıl ağcaqanada baxdı. "Sor qanımı köpəkoğlunun malı. Qarnın partlayınca sor." Umud papirosu tullayıb, sağ əlinin üstünə şappıltı ilə vurdu. Ağcaqanad xıncım-xıncım oldu və Umudun öz qanı öz əlinə yapıştı.
Sayfa 93 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
Çərkəz dayıdan seçmələr.
— Cəhənnəmə tərgiz, gora tərgiz. İmanım itin olsun ki, səni başının çıxacağını bilən adam döyülsən. — Cəhənnəmə tikdir, gora tikdir! İmanım itin olsun ki, bu düyanda səndən avara adam yoxdu. — Cəhənnəmə evlən, gora evlən! Çox da lazımmış mənə sənin evlənməyin. İmanım itin olsun ki, çox bifər adamsan.
Sayfa 83 - Şərq-Qərb Nəşriyyatı - Küçələrə Su SəpmişəmKitabı okudu
Ta sənlik bir iş yoxdur burda. Ged kənd-kəsəydə veyillən, axşamüstü gələrsən.
Sayfa 104 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
Dünyada ən böyük mənəvi əzab kiminsə gözlərinə düz baxa bilməməkdir.
Sayfa 73 - Şərq-Qərb Nəşriyyatı - Küçələrə Su SəpmişəmKitabı okudu
36 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.