Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Eserleri

İsi Məlikzadə

En Eski Seçilmiş Eserleri Sözleri ve Alıntıları

En Eski Seçilmiş Eserleri sözleri ve alıntılarını, en eski Seçilmiş Eserleri kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Görəsən, bu adamlar günahlarını niyə başa düşmürlər? Buna bir bax! Dövlətin malını dağıdır, hələ özünü təmizə də çıxarmaq istəyir.
Sayfa 28 - Evin kişisi
Yanlarını əzən taxta skamya ona öz yorğan-döşəyindən rahat gəlirdi... Çünki evlərindəki ürəksıxıcı sükutun içində əriyə-əriyə xörək yeməkdən bu gecə canı qurtarmışdı.
Sayfa 53 - Evin kişisi
Reklam
Kaş ağlayaydı, amma elə baxmayaydı
Sayfa 58 - Küçələrə su səpmişəm
İnsan üçün ən böyük mənəvi əzab kiminsə gözlərinə düz baxa bilməmək əzabıdır.
Sayfa 73 - Küçələrə su səpmişəm
A kişilər, vallah, cəmi cavanların könlündən ağalıq keçir. İmanım itin olsun, indiki cavanların hamısı zaydı. Hamısı...
Sayfa 76 - Küçələrə su səpmişəm
-Sancmır səni? -Nə? -Alnındakı ağcaqanad? (...) Qov onu, dədə. Qanını sorur axı.
Sayfa 94
Reklam
- Xörək bişirmək arvad işidi, dədə. - Əlacımız nədir? Evdə arvad xeylağı olmayanda gərək özümüz... - Onu demirəm... işdən çıxmışam... Aşpazlıq arvad peşəsidi...
Sayfa 95
... öz vəzifəsini pisləyə- pisləyə tərifləyir.
Sayfa 100
İki dəfə büdrəyib, dizləri yerə dəydi. Firuzə oğlu tərəfdəki açıq dal qapıya özünü güclə yetirdi. əlində tutduğu bükülü kağızı oğluna uzatdı: — Sənə zənbildə... soyutma toyuq... yumurta qoymuşam... Duz yadımdan çıxmışdı. Elə yerə qoy islanmasın. Seymur ağızını geniş açıb ciyerdolusu hava udan anasının göyərmiş nazik burnuna baxdı. "Bunlar məni dolayıblar. Bunlar məni adam saymırlar."
Sayfa 283 - Şərq-Qərb nəşriyyatıKitabı okudu
Öz atamı xatırladım.
Ağcaqanadın nə can-cəsədi var ki, tüstüdə boğulsun. "Dədəm axşamları nahaq təzək yandırır, tay da dəlmə-deşikdəki ağcaqanadları ürküdür, onlar da hirslənib daraşırlar canımıza"
Sayfa 93 - Şərq-Qərb Nəşriyyatı - QuyuKitabı okudu
Reklam
Bu kəndin ağcaqanadları çox həyasız idi, sancdığı yeri yandırmasa, şişirdib yara eləməsə, adamdan əl çəkmirdi.
Sayfa 93 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
köpəkoğlunun malı haha
Umud başbarmağının yanındakı xıpxırda, sarımtıl ağcaqanada baxdı. "Sor qanımı köpəkoğlunun malı. Qarnın partlayınca sor." Umud papirosu tullayıb, sağ əlinin üstünə şappıltı ilə vurdu. Ağcaqanad xıncım-xıncım oldu və Umudun öz qanı öz əlinə yapıştı.
Sayfa 93 - Şərq-Qərb NəşriyyatıKitabı okudu
— Sancmır səni? — Nə? — Alnındakı ağcaqanad... Qov onu, dədə. Qanını sorur axı. — Mənim nə qanım var ki, Allahın bu heyvanı da sora.
Sayfa 94 - Şərq-Qərb Nəşriyyatı - QuyuKitabı okudu
Atalar deyişməsi
— Axşamın xeyirindənsə, gündüzün şəri yaxşıdı, Əsli bacı. Umud dönüb, tövləyə tərəf getdi. Fikirləşdi ki, Pirinin sözləri səfeh sözlərdi, cəfəng sözlərdi. Çünki adam elə axşam da xeyir tapa bilər, lap gecənin yarısı da xeyir tapa bilər. Sonra düşündü ki, bu sözlər Pirinin deyil, atalar məsələdir. Atalara qurban olum, görünür, onların da içində tənbəli olub. Bu sözləri yəqin axşamın işini sabaha qoyan ərincək atalar düzəldiblər. Ərincək olmasaydılar belə deməzdilər. Çünki onların fərasətli, diribaş tay-tuşları bunun tərsini deyiblər: "Bu günün işini sabaha qoyma."
Sayfa 96 - Şərq-Qərb Nəşriyyatı - QuyuKitabı okudu
37 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.