Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"Alə, mən ölüm, bunun başı baton çörəyə oxşayır." İçərişəhər uşaqlarına nə var – ağızlarına bir söz düşdümü, qurtardı – o gündən Qorxmaz'ın adı qaldı "Baton". Axırda Fatma həkim də öz qoyduğu adı unudub, öz oğlunu "Baton" çağırırdı...
Sayfa 222 - Şərq-Qerb NəşriyyatıKitabı okudu
·
23 görüntüleme
Nihat Manafov okurunun profil resmi
Hahahaha. Gülməlidir! Güldüm, amma niyə buna gülüb, sonra üzüldüm?! Güləsən, ağlayasan, üzüləsən, bəlli deyil! Təkcə İçərişəhər uşaqlarına xas olan bir alışqanlıq yox dünyəvi bir şey olsa gərəkdir bu. Yəqin İçərişəhər uşaqları ad salıblarmış o vaxtı. Maraqlıdır görəsən Baton, onu bu adla çağıranda nə fikirləşirmiş, "başım baton çörəyinə oxşayır, da naəlac" deyib yolamı verirmiş, ya içdən içə inciyirmişmiş? Bilmirəm! Can ay, Batonmu, deyim, sən şükr elə hələ bunun Motu'su, Mokan'ı, Dömbələn'i var. Bunlar hələ bizim kənddə olanlardır. Sən Batonsan, bax Dömbələn neyləsin? Hı?
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.