Bir inanca görə iki insan əgər bir - biri üçün yaradılıbsa, onlar bir-birinə görünməz iplə bağlı olur. Dünyanın iki ucunda da olsanız, bir addımlıq məsafədə belə dayansanız, ya da həyat qarşınıza dayanmadan maneələr çıxarıb sizi ayırmağa çalışsa, o ip yavaş-yavaş nazikləşəcək, amma heç vaxt qopmayacaq, ta ki, o iki insan qovuşana qədər.