Booklover

Booklover
@Sarah_Y
Bir gün həzrət Musa Allahdan soruşur: "İlahi, sənin təlimlərin arasında gözəl olan xeyli əməl var, hamısı alidir, hamısı bir-birindən dəyərlidir, fəqət məsələnin əhəmiyyətini başa düşmək üçün, icazə ver, öyrənim: sən özün bəndə olsaydın, bircə əməl de, lütfən, bu qədər çeşidin arasından hansını seçərdin əməl etmək üçün"? İndi siz təsəvvür edin, Allahın qarşısında nə boyda siyahı var - namaz, oruc, həcc, cihad və sair və ilaxır. Lakin buyurun Allahın cavabına baxın: "Ya Musa, mən bəndə olsaydım, Allahın bəndələrinə xidmət edərdim".
Reklam
Şamın da mənası yanmağındadır.İşıqlandırmaqçün yanmaq şərtdir, elə isitməkçün də!
- Sevdiyin biri var? - Var. - O da səni sevir? - Hə. - Hardan bilirsən? - Hər dəfə oxuması üçün ona verdiyim kitabları geri qaytaranda arasına çiçək qoyur. - Verdiyin kitabların hamısını oxuyur? - Oxuyur. - Hardan bilirsən? - Kitabda bəyəndiyi cümlələrin altından xətt çəkdiyini görürəm. - O da sənin kimi insanlığı xilas etmək istəyir? - Hə. - Hardan bilirsən? - Altını xətlədiyi cümlələrdən. 🎬 Çörək və güldan
Hacının həcc yoldaşı Xəyal Nağıyev yazır, həcc ziyarətində olan vaxt gecə oyanıb gördüm ki, kimsə ustufca bir -bir yatanların üstünü örtür, qaranlıq idi, dəqiq sezə bilmədim, ancaq maraqlı gəldi, qalxdım ayağa, asta-asta yaxınlaşdım ki, Hacıdır, Hacı Şahin Həsənli!
Sayfa 159·Kitabı okudu
"Ya Əli, hamı çox iş görməyə çalışarkən, sən təmiz iş görməyə çalış". Həzrət Peyğəmbər (s)
Reklam