Booklover

Booklover
@Sarah_Y
Azərbaycan
Bakı
135 okur puanı
Temmuz 2021 tarihinde katıldı
Məndə Məcnundan füzun aşiqlik istedadı var, Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var. Əhli-təmkinəm məni bənzətmə ey gül bülbülə, Dərdə yox səbri onun, hər ləhzə min fəryadı var. Gəzmə, ey könlüm quşu, qafil fəzayi eşqdə Kim, bu səhranın güzərgəhlərdə çox səyyadı var. Fuzuli
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Məcnuna deyən yoxdur: “Ey aşiqi-biçarə, Leyliylə nə karın var, qoysun səni avarə”? Eşq aləmi üşşaqə bir vadiyi-möhnətdir, Fərhadı salıb dağə, Mənsuri çəkib darə. Payani-qəmi-eşqi təfsirə nə hacət var, Gör bir necə pərvanə şövq ilə yanır narə? Dünya o qədər Leyli, Məcnun yetiribdir ki, Saysan nə qədər göydə var sabiti-səyyarə. Hər lalərüx eşqində öz bağrını qan etmə, Hər dərdi çəkər bülbül, gül qismət olar xarə. Bimehr gözəllərdən aləmdə vəfa umma, Meylin salacaq bunlar axır yenə əğyarə. Vahid! Biz ölüb getdik mehr ilə, məhəbbətlə, Dünya dönəcək bir gün bir səhneyi-gülzarə. Əliağa Vahid
Baxdı çün Əkbərinin nizədə Leyla üzünə, Gördü zülfü tökülüb, çün şəbi-yelda üzünə. Dedilər: — Kimdi bu övrət bizi nalan eləyən? Yoxsa Leyladı bu Məcnun kimi əfqan eləyən? Səni, ey tazə cavan, qanına qəltan eləyən Necə məhşərdə baxar Həzrəti-Zəhra üzünə? Mirzə Ələkbər Sabir
Bir gün çiyinlərdə bir tabut gedər Bir cəsəd sevdası yandırar səni, Yoxluğum qar kimi yağar üstünə, Təpədən dırnağa dondurar səni. Daha ulduzlara tənha baxarsan Tənhalıq bıçaqtək tökər qanını Qaranlıq otaqda dəli olarsan Səssizlik kar edər qulaqlarını. Payız daha gözəl görünməz sənə Yağan yağışlar da ovutmaz artıq, Gözünün yağıştək yağan yaşını Min günəş çıxsa da qurutmaz artıq. Qalarsan əllərin yanaqlarında Axan göz yaşını silib gedərsən Ürəyin istəsə, açıqdır qapım Hərdən məzarıma gəlib-gedərsən. Gəlib baş ucumda durarsan səssiz Ruhum səni görüb sevinər bəlkə, Onda nə çəkmişəm bilərsən sənsiz Buz kəsmiş ürəyin isinər bəlkə. Sonra baş daşımda rəsmimə baxıb Xəyala dalarsan, gülərsən bir az. Məni öldürdüyün azdır, əzizim, Bacarsan özün də ölərsən bir az... ✍🏻 Amir Mustafa