Elə güman etməyin ki, əməli edəndən sonra onunla sizin aranızda rabitə kəsilir. Əsla! Əməllərin öz aləmi vardır ki, orada toplanır və bumeranq kimi sonradan insana qayıdır.
Dünənimizin bu günə, bu günümüzün isə sabahımıza təsiri var. Heç bir əməl elə-belə ötüşmür və heç nə səbəbsiz baş vermir. Bir sözlə, əməllər gələcəyimizi yaradır.
Bizim ömrümüz hər an əriyən buz misalındadır. Yaşımız qədəri artıq əriyib, əcəlimizə qədər olanı isə hələ də qalıb. Biz gərək bundan sonrakı ömrümüzə rəhm edək. Yoxsa ömür sərmayəmizi əldən verərək, böyük xəsarətə uğrayarıq.