Hər səhifədə, hər abzasda, hər cümlədə heç kimin eşitmədiyi bir səs, daxilimdən mənə "Üsyan" edirdi.
Rövşən Abdullaoğlu – “Üsyan” kitabı haqqında çox qısa fikirlərimi sizlərlə bölüşmək istəyirəm.
Hər zaman Rövşən Abdullaoğluna qarşı bir qədər qərəzli fikirlərim olub. Hər dəfə bu kitabı mənə tövsiyə edəndə, “Oxumaram, inanmıram, oxuyacağam,” – deyə ötüşdürürdüm.
Sonra kitabın daha da çox oxunmağa başladığını gördüm. Mən də düşündüm: “Görəsən, bu qədər oxunmasının səbəbi nədir?” – sualı ilə başlamaq istədim. Sağ olsun, əziz dostum Hüseyn, bu sualın beynimdə qalmasına imkan vermədi. Kitab sərgisində söhbət edəndə dedi: “Sənə bir kitab alacağam, istəyirəm oxuyasan.” Və həmin o kitab “Üsyan” idi.
Kitab çox axıcı və motivasiyaedici cümlələrlə zəngindir. Kitabı əlinə alanda yerə qoymaq istəmirsən. Hər səhifədə yeni bir başlıq, və hər başlıqda yeni bir həyat – yeni bir həyat fəlsəfəsini anlamağa dəstək olan, seviləcək kiçik həcmli motivasiya kitabıdır.
Kitabda çoxlu dahi şəxslərdən müxtəlif sitatlar gətirir, onları şərh edir və bizə qəliz görünən fikirləri daha sadə dillə çatdırır. Hər səhifədə sizi yeni bir yazar, yeni bir filosof və yaxud yeni bir hekayə gözləyir. Əvvəldə yazardan gələn bəzi ifadələr sizə çətin və qorxuducu görünsə də, Rövşən bəy onları sadə və axıcı dillə izah edir.
Son fikirlərimi yekunlaşdırım:
Kitabı sevdim. Axıcı və maraqlı idi. Amma məncə, hələ də Rövşən Abdullaoğlu haqqında qərəzli fikirlərimi tam dəyişdi deyə bilmərəm. Niyə belə düşündüyümü də deyim:
Mən bu kitabda yazarın öz fikirlərindən daha çox, başqa yazarların fikirlərinin şərhini oxudum. Bu da məndə elə bir hiss yaratdı ki, sanki bu, Rövşən bəyin yox, başqa şəxslərin fikirlərinin izahıdır.
Amma yenə də hesab edirəm ki, kitaba yeni başlayanlar üçün gözəl bir başlanğıcdır. Həm axıcıdır, həm