Öz mükəmməl fiziki qəlibimizə, bu qəlibin içindəki dərin ruhumuza, bizə bəxş edilmiş şüur, dərk, yaddaş, ağıl kimi mexanizmlərə baxanda anlayırıq ki, bu sistemi inşa etmiş mühəndis həyatımıza yersiz, ədalətsiz müdaxilə edə bilməz. Yaratdığı heç bir əsərdə qüsur olmadığını nəzərə alsaq, həyatımızdakı qara dəliklərin qüsur olduğunu iddia etmək ən azı haqsızlıq olar- di.