Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sara

Bəzi adamlar var ki, xərçəng kimi daim qaranlığa doğru çəkilir; ömürlərində irəliyə getmək əvəzinə geriyə gedirlər. Öz mənəvi eybəcərliklərini artırmaq üçün həyat təcrübələrini alət edirlər və pozularaq işıqdan qaranlığa doğru sürünürlər.
Sayfa 109Kitabı okudu
Reklam
Ağıllı o adama deyərlər ki,vaxtında özünü dustaq edə bilsin.
...Jan Valjan deyilən bu adam öz biabırçılığı üzərində onsuz da həddindən artıq fikirləşir və onu bu fikirlərdən uzaqlaşdırmaq,onun da başqaları kimi bir adam olduğunu bir anlığa da olsa ona təlqin etmək üçün ən yaxşı üsul-onunla da başqa adamlar kimi rəftar etməkdir.Həqiqi mərhəmət də elə bundan ibarət deyilmi?Nəsihət və əxlaq dərslərindən,hər cür işarələrdən uzaq olan bu nəzakət İncildə göstərilənlərə uyğun deyilmi və həqiqi mərhəmət əzab çəkən adamın yaralarına heç toxunmamaqdan ibarət deyilmi?...

Okur Takip Önerileri

Tümünü Gör
Peşman olmuş bir günahkarin göz yaşları göylərə yüz möminin pak paltarından daha artıq sevinc gətirir.
-Mən demək istəyirəm ki,insan üçün yalnız bir zalım var-o da cəhalətdir.Bilik isə həqiqətdən doğmuş olan hakimiyyətdir.Yalnız bilik insanları idarə edə bilər. Yepiskop: -Bir də Vicdan,-deyə əlavə etdi. -Hər ikisi bir şeydir.Vicdan-bizdə fitrən mövcud olan biliklərin məcmusudur.
Reklam
"Cahillərə bacardığınızı öyrədin, onlara pulsuz təhsil verməməkdə cəmiyyətin özü müqəssirdir, cəmiyyət yaydığı cəhalət üçün məsuldur. Qaranlıq içində olan qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır".
Gülüş bir günəşdir. O insan üzündən qışı qovur.
İnsanlığın ən böyük düşməni cəhalətdir.
Erin götürdüyü balaca çətiri başı üstündə açdı: – Şon, yaxın gəl, indi sümüklərin də islanacaq. – O balaca çətirin altına yerləşəcəyimizi güman etmirəm. Mənə görə narahat olma. – Onda mən də çətiri bağlayacağam. İslanmaq zövqlüdürsə, birlikdə islanaq. – Niyə ki, istəmirsənsə, çətiri mənə verə bilərsən. Sonra təəssüratlarını bölüşərsən. Qız cavab vermədən çətiri bağlayıb əlində tutanda Şon onun zarafat etmədiyini anladı. – Yaxşı, yaxşı, aç çətirini. Sol çiynimin yenə bəxti gətirmədi, islanmaq zövqünü təkbaşına dadacaq, – Şon çətirin altına girib dəstəyi Erindən aldı, – axı sənin daha böyük çətirin var idi, niyə onu götürməmisən? – balaca çətirin altına güclə yerləşirdilər, – hə, yəqin məni düşünməmisən. Elə özünü düşünürsən, Erin, belə olmaz, – Şon zarafatla dedi.
Məhəbbət yavaş-yavaş ona görə ölür ki, onu necə qidalandıracağımızı bilmirik. Məhəbbəti öldürən laqeydlikdir, xəyanətdir, səhvlərdir, yersiz söz-söhbətlər, təhqirlər, kobudluqlardır. Onu həqiqət tapmayan boş ümidlər də öldürür. Qəlb gözləyir, görəsən, nə zaman məhəbbəti qarşılıq görəcək. Və bir gün gözləməkdən yorula bilir. Düzdür, bəzi hallarda qəfildən də ölə bilər. Ancaq bunun üçün gərək çox səy edəsən, böyük bir qəbahət etmiş olasan. – Sevməmiş bir qəlb sevgini necə anlaya bilər ki? – Sevgidən anlamaq üçün sadəcə qəlb sahibi olmağın kifayətdir, – Visam onun nə demək istədiyini anlayıb təbəssüm etdi.
Reklam
İnsan xoşbəxt olmaq, gözəl günlər yaşamaq üçün yaradılıb, bədbəxt və zəlil bir həyat sürmək üçün deyil. Səadət, sevinc kimi müsbət emosiyalara qarşı yönəlmiş qorxular insanı öz yaradılış hədəfinin əksinə, yəni bədbəxtliyə doğru sürükləyir. Sən hər bir insan kimi bütün gözəlliyə layiqsən, sən səadət üçün yaradılmısan, sən hər şeyin ən yaxşısına sahib olmalısan. Əgər buna layiq olmasaydın, varlıqların ən şərəflisi olan insan kimi deyil, daş, ağac, kol, su, heyvan növündən biri olaraq yaradılardın. Sən elə bir varlıqsan ki, aləmlərin Rəbbi, sonsuz qüdrət sahibi olan Tanrı yalnız səni yaradanda fərəhlənib, Özünə: "Əhsən",-deyə səslənib: "Buna görə əhsən yaradanların ən üstünü, yaxşisı olan əzəmətli və müqəddəs Allaha".
İnsan mənfiyə kökləndiyi zaman qəlbdə olan bütün gözəl hissləri susdurur. Ətrafda ancaq mənfi cizgilər görməyə başlayır. Bu hisslərin təsiri ilə yanlış bir qərar verir və hər şey əlindən çıxana qədər bu qərar əsasında hərəkət etməyə başlayır. Onun bu vəziyyəti oyundan əl çəkə bilməyən qumarbazın işinə bənzəyir. Həyat adlı qumar oyununa sevdiklərini, istəklərini, hisslərini qoyur və uduzur. Bütün bunlar azmış kimi, sonunda da canını qoyur.
Geri124
372 öğeden 361 ile 372 arasındakiler gösteriliyor.