Sara

Qəribliyin ən ağırı insanın özündən uzaq düşməsidir.
Reklam
Hərdən olur, ən gülməli lətifə belə üzünün qırışını aça bilməyən səni yaddaşının künc-bucağında qalmış saf bir xatirə güldürür.
Gün gəlir, anlayırsan ki, bir addıma dəyməz şeylərin ardınca düz bir ömür qaçmısan...

Okur Takip Önerileri

Tümünü Gör
Deyir, atacan, ailələr niyə xoşbəxt deyil? Köks ötürürəm: "Eh, qızım, çünki bir-birinin yuvası deyil, qəfəsidirlər."
Haradan gəlmisən, haradasan və hara gedəcəksən? Bunlar insanın əsas sualları olacaqdı, bəs niyə olmadı? Hansı "oyun" qatdı başını, hansı "əyləncə" yumdu gözünü?
Reklam
Gərçi sən getdin, həbiba, getmədi məndən qəmin; Ey vəfasız dilbərim, səndən vəfalıymış qəmin.
Əvvəl Allah!
Doktor İlahi Qomşei danışırdı ki, bir gün bir tələbə mənə müraciət elədi: "Ustad, hardan başlamalı?" Gülümsündüm: "Bismillahdan, oğlum, bismillahdan!"
İbrahim olmaq!
"Atəş səndə yandırmağa heç nə tapmayacaq, əzizim, İbrahim olmaq bax budur!" Əli Şəriəti
Odur, diqqətlə baxmalıyıq, biz nələri ilahi atəşə atmağa hazırlaşırıq bu ay, varmı əlimizdə belə bir siyahımız? Hansı artığımız, hansı yükümüz, hansı cəhətimiz yanıb kül olmalıdır? Hansı düyünümüz çözülməli, hansı bağımız yanmalıdır?
Reklam
"Ramazan" sözünün bir mənası da yandıran deməkdir: günahları yandıran, xətaları yandıran, artıq-urtuqları yandıran... Bir var nəyisə silib atırsan, bir də var od vurub yandırırsan.
Yollar tikanlı yollardı, ayaqlarını sevən gəlməsin.
Hər axşam iftar süfrəsində oxuduğumuz duanın ilk cümləsinə baxın bir: "Allahummə ləkə sumtu..." - İlahi, Sənin üçün (!!!) oruc tutdum! Yəni, İlahi, oxumuşam, bilirəm, oruc tutmağın filan-filan faydaları var, fəlsəfəsi var, mənası var, hikməti var, dərin qatı var və sair və ilaxir...amma mən yalnız Sənin üçün, Sənin rizan, Sənin eşqin,Sənin istəyin, Sənin arzun... bir sözlə, Sən dedin, Sən əmr etdin deyə oruc tuturam, başqa söhbətlərlə də işim yoxdur.
İmam Sadiq deyərmiş ki, təqva - Allahın səni arzuladığı yerdə görməsi, arzulamadığı yerdə görməməsidir.
Üz-gözündən yağan yorğunluqdan uzun səfərdən gəldiyin bəlli olur. Haradan gəlib, haraya gedirsən? Yolun harayadır belə? - Özümədir yolum, atacan. Özümdən gəlib, özümə gedirəm. - Maraqlı səyahətin varmış... Nə vaxtdır bu yoldasan? - Dünyaya göz açandan bu yoldayam. - Uzun imiş səyahətin... Nəyin axtarışındasan belə? - Özümü axtarıram. - Bəs getdiyin yollar səni aparıb özünə çıxarmırmı? - Çıxardığı vaxtlar da olur, özümdən uzaqlaşdırdığı vaxtlar da. Yenicə bir işıq sezmişəm öz içimdə. İndi onun arxasınca gedirəm.
Sayfa 358Kitabı okudu
372 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.