Həzrət Eşq

İlqar Kamil
Tahmini Okuma Süresi:
4 sa. 59 dk.
Sayfa Sayısı:
176
Basım Tarihi:
2023
Yayınevi:
İrşad Nəşriyyatı
ISBN:
9789952547313
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Türler:
Reklam

Yorumlar ve İncelemeler

Gözlərindən öpüləsi kitablar da varmış..
10/10
·176 syf.··
2025 4. kitabı
·
31 günde okudu
·
Okunma: 31 Mart 2025 05:48
“Dost kimi sevdiyim hekayətlər, sevgili kimi əzizlədiyim ayətlər var; yazı var, bağrıma sıxar, kitab var, gözlərindən öpərəm,” – deyir yazıçımız. Həzrət Eşq də, sözün əsl mənasında, gözlərindən öpüləsi kitablardandır. Oxuduqca o qədər doğma, səmimi hisslər ötürürdü ki, kitabı bitirəndə əzizimdən ayrılmış kimi hiss etdim. Ona olan eşqi daha zərif, incə, estetik necə ifadə edə bilərdilər, heç bilmirəm. Qorxutmadı, incitmədi, əksinə, yaxınlaşdırdı, daha da sevdirdi. Qəlbimdə çiçəkli bir baxça saldı, solmuş çiçəklərimi suladı. Bir ay boyunca ən səssiz, ən sədaqətli yoldaşım oldu, əlimdən tutdu. İndi artıq sözə nə hacət? Bir kitab bundan artıq nə etsin ki?!:)
Həzrət Eşqİlqar Kamil · İrşad Nəşriyyatı · 202337 okunma
Puan vermedi·176 syf.··
2026 3. kitabı
·
21 günde okudu
·
Okunma: 24 Ocak 2026 21:06
Ramazan boyunca oxunulmalı və düşünülməli, sadə amma çarpıcı fikirləri var. Şeirsəl bir tərəfi də var, sorğuladaraq insanı özünü özünə bəzən həyatı "auto-mode"-da yaşadığımızı göstərdi mənə Və ən gözəl sitat: "İbadət əgər səni dəyişirsə, qəbuldur" Allah ibadətlərimizi qəbul qılsın
Həzrət Eşqİlqar Kamil · İrşad Nəşriyyatı · 202337 okunma
İftarı gözləyərkən
5/10
·176 syf.··
2025 5. kitabı
·
17 günde okudu
·
Okunma: 12 Şubat 2025 15:32
Kitabı mənə çox hörmət etdiyim, dəyərli bir kitabsevər yaxınım hədiyyə etmişdi və oxumağımı xahiş etmişdi. Kitabı hər dəfə metroda oxuyurdum. Yazarın qələmi çox axıcıdır və sadə dildə insanın mövzuları asanlıqla anlamasını təmin edir. Bəlkə də səhv vaxtda oxudum, ya da müəyyən qədər din mövzusunda fikirlərim fərqli olduğu üçün kitab məni Carpe Diem #k:ilqar İlqar Kamil 379331 diem__book bir az sıxdı, deyə bilərəm. Təbii ki, bu, şəxsi düşüncələrimdən irəli gəlir. Məncə, dindarlarımız bu kitabı çox bəyənəcəklər və onların ən sevdikləri kitab olacaq. Hər dəfə fərqli bir mövzu və yeni bir fikir aşılayır. Dinə aid bir kitab olmasına baxmayaraq, məncə, burada yalnız din yox, həm də insanlıq, fəlsəfə və digər mövzulara çox gözəl toxunulub və hər kəsin rahatlıqla anlaya biləcəyi şəkildə izah edilib.
Din
Həzrət Eşqİlqar Kamil · İrşad Nəşriyyatı · 202337 okunma