Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Həzrət Eşq

İlqar Kamil

Həzrət Eşq Sözleri ve Alıntıları

Həzrət Eşq sözleri ve alıntılarını, Həzrət Eşq kitap alıntılarını, Həzrət Eşq en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
İftarı gözləyərkən... Hər dilimi fərqli rəngdən ibarət olan bir pərpərə təsəvvür edin: məsələn, qırmızı, yaşıl, bəyaz və sarı. Pərpərəni elektrik cərəyanına qoşun və diqqətlə baxın. Elə ki pərpərə sürətlə fırlanmağa başladı, qəribədir ki, bütün rənglər itəcək, gözünüzə yalnız və yalnız bir rəng görünəcək - bəyaz! Elm tarixində Nyuton pərpərəsi adı ilə məşhur olan bu eksperimentin bizə demək istədiyi budur ki, sürət bir çox şeylərin qatilidir. Fəsilləri bir-birindən ayırmaq, rənglərin bütün çalarlarını dərindən duymaq istəyirsinizsə, dayanın və ....sevin
Reklam
Şair demişdi axı, bəzən adam o qədər ağlayar ki, göz yaşları da düşər gözündən
Haradan gəlmisən, haradasan və hara gedəcəksən? Bunlar insanın əsas sualları olacaqdı, bəs niyə olmadı? Hansı "oyun" qatdı başını, hansı "əyləncə" yumdu gözünü?
Hər axşam iftar süfrəsində oxuduğumuz duanın ilk cümləsinə baxın bir: "Allahummə ləkə sumtu..." - İlahi, Sənin üçün (!!!) oruc tutdum! Yəni, İlahi, oxumuşam, bilirəm, oruc tutmağın filan-filan faydaları var, fəlsəfəsi var, mənası var, hikməti var, dərin qatı var və sair və ilaxir...amma mən yalnız Sənin üçün, Sənin rizan, Sənin eşqin,Sənin istəyin, Sənin arzun... bir sözlə, Sən dedin, Sən əmr etdin deyə oruc tuturam, başqa söhbətlərlə də işim yoxdur.
Gün gəlir, anlayırsan ki, bir addıma dəyməz şeylərin ardınca düz bir ömür qaçmısan...
Reklam
Elə güclü olacaqsan ki, heç kim, heç nə sakitliyini poza bilməsin! İmam Əli (ə)
"Məni olduğum kimi qəbul et" tələbi kim(lər)insə öz tənbəlliyinə qazandırdığı estetik bəraətdən başqa bir şey deyil.
Sındırmağa nə var ki, tutub möhkəm sıxdın, xıncım-xıncım oldu, amma düzəltmək... düzəltmək səbir istəyir, təmkin istəyir, ən əsası, sevgi istəyir. Meyar belədir: düzəldirsə, sevir, sındırırsa, nifrət edir. Şair demiş, əzizinin həyatından tikanı elə təmizləyəcəksən ki, gül toplayırsan sanacaq.
Gərçi sən getdin, həbiba, getmədi məndən qəmin; Ey vəfasız dilbərim, səndən vəfalıymış qəmin.
43 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.