Həzrət Eşq

İlqar Kamil

En Eski Həzrət Eşq Sözleri ve Alıntıları

En Eski Həzrət Eşq sözleri ve alıntılarını, en eski Həzrət Eşq kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Gah batıb, gah çıxanlar haqqında
“Ənə la uhibbul afilin!” Bu cümləni tərcüməçilər, adətən, “mən batanları sevmirəm” deyə tərcümə edirlər, mənimsə beynimdə həmişə, haradansa, necəsə belə mə'nalanıb bu ayə: mən gah batıb, gah çıxanları sevmirəm! Eynən bu ayələri də ilk dəf'ə oxuyanda həzrəti görmək, bağrıma basmaq istəmişdim: mən də, mən də elələrini sevmirəm, ustad; gah gəlib, gah gedənlər, gah sevib, gah nifrət edənlər, gah belə, gah elə olan buqələmunları! İnsan sikkə deyil ki, iki üzü olsun.
Sayfa 116Kitabı okudu
Susmağa gəldim
Dərd danışıb zarımağı sevmirəm, əzizim, hətta Rəbbimə də olsa; elə bir uğurum-zadım da yox, bəs nə deyim, nədən danışım Ona səcdələrimdə? Deyim ki, bağışla, İlahi, əmanətinə sahib dura bilmədik, cəhənnəmə çevirdik dünyanı? Deyim ki, qardaş-bacılarımızın ağrı-acısını görməzdən gəlib özümüzçün yeni xoşbəxtlik fəlsəfəsi düzəltmişik? Deyim ki, hamılıqla "idiot" olmuşuq...? “Bağışla, görüşünə əliboş gəlmişəm” deyim, bəlkə?
Sayfa 122Kitabı okudu
Reklam
..yollar tikanlı yollardır, ayaqlarını sevən gəlməsin.
Künci-bəlada fikrin ilə lal oturmağı Qəsri-behiştdə söhbəti-Huraya vermərəm.
Gərçi sən getdin, həbiba, getmədi məndən qəmin; Ey vəfasız dilbərim, səndən vəfalıymış qəmin.
Reklam
Bu gün iftara püstə alıb qoyduq süfrəyə. Yeməmək üçün.
Hə, əzizim gün gəlir anlayırsan ki, bir addıma dəyməz şeylərin ardınca düz bir ömür qaçmısan.
Halbuki dünya xətrə dəymi bacatan insanların çiyni üzərində dayanır əzizim.
Ətrafına aqressiya yayanlar kimlərdi- sevgini seçə bilməyənlər!
43 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.