- Yaxşı kitabla təsadüfi görüş insan həyatını tamamilə dəyişə bilər.
- Yaxşı insanlarla təsadüfi görüş də insan həyatını dəyişə bilər, - Mehran bayaqdan bəri ilk dəfə gülümsədi.
Ayrılıq insan ömrünün əsas nitq hissəsidir. Ayrılıqlar əsasən "niyə ayrıldınız?" sualına cavab verir. Amma insan ömründə bir ayrılıq var ki, onun sualı həmişə "neçə yerə ayrıldın?" olur. Əgər bir neçə yerə ayrılandan sonra kimsə gəlib sənin parçalarını birləşdirirsə, yəni onunla yaraların sağalırsa, bütövləşirsənsə, demək, o adam sənin taleyindir.
Keçmiş səhvlərdən nəticə çıxarmağa çalışmaq vacibdir, əgər bu nəticə əsasında sağlam gələcək qura biləcəksənsə. Əks halda sən uğursuz bir müdrik olacaqsan,başqa heç nə.