Ayşə Sdtva

Ayşə Sdtva
Ən
SDU,Filologiya
Azərbaycan, 2002
83 okur puanı
Ocak 2024 tarihinde katıldı
Gözləmək və ümid etmək diləyiylə...
10/10
·1552 syf.··
Beğendi
·
2026 3. kitabı
·
66 günde okudu
·
Okunma: 23 Şubat 2026 23:18
Sizlərə iki aydı əlimdən düşməyən və ən azı kitab oxumağı mənə sevdirən "Səfillər"in illərdi özümə tək qəhrəman seçdiyim obrazı Jan Valjan qədər qəlbimdə yer tutacaq Edmond Dantes-imdən yazacam. Hər cür xəyanətlərə məruz qalaraq,bunlardan yoğrulmuş Edmonddan. Qısacası illərin dəyişdiyi yeni bir adla doğulan Monte Cristo Kontu'dan! Hansı ki, iki cildlik bu kitabın hər səhifəsində gözləriniz yalnız onu axtaracaq,eyniylə bu yazıq qəlbi qucaqlamaq,başına sığal çəkmək istəyəcəksiniz. Niyə desəniz,çünki ona bunları edəcək heç kim yox idi. Bir adam düşünün. Gəncliyinə yeni addım atmış,19 yaşında,karyerasına yüksəlişin tam astanasında,hə bir də sevdiyi qızla nişanlanır. Ondan xoşbəxti yoxdu hə? Səncə qəribə deyil?Həyat bu qədər yolunda gedə biləcək qədər bəsitmi?Yox əlbəttə. O bu qədər ədalətli deyil ki. Dayan,bunları da düşün,itib,batıb-getmiş on dörd ili,yarım qalmış gəncliyi,geriyə qalan kini,nifrəti və iyirmi dörd ili alan intiqamı... Həm də necə intiqamı,zərif-zərif,ilmək-ilmək toxunulmuş... İntiqam!Sən də olmasan o yazıq ürək necə təsəlli tapardı?! Zirvədəsən hə?Xoşbəxtsən hə? Üstəlik yuxuda da deyilsən. Nə gözəl.Dayan,yerə çırpılmağına az qalıb. Bəs sonra? Ya boyun əyəcək,ya qarşı çıxacaqsan,ya gözləyəcək ya da bütün bunlara son verəcəksən. Sən hansını istəyərdin? Gec olsa da,illər itirsən də,bir gənclik versən də sonda hesablaşmaq istəməzsən?Kim istəməz ki? Ən adi hadisələrin belə kinini qəlbində daşıyan insan beyni əlindən oğurlanan 14 ili necə unuda bilər?Əlindən alınan gəncliyi ya necə? Ya gənclik sevgisini? Edmond Dantes,həyatın sınağından hələ keçməmiş,xoşbəxt,19 yaşlı bir gənc idi. Dost bildiyi,güvəndiyi insanların xəyanətlərinə məruz qalmadan,günahsızkən,illərlə bilməyəcəyi səbəbdən həbsxanada 14 il qalmadan,on ildən sonra ortaya çıxıb Monte Cristo
Monte Cristo Kontu (2 Cilt Takım)Alexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202037,1bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
SPOİLER İÇERİR...!
10/10
·816 syf.··
Beğendi
·
2024 26. kitabı
·
28 günde okudu
·
Okunma: 09 Temmuz 2024 23:35
"İnsan öz ruhunu məhv etdikdən sonra bütün dünyaya sahib olsa belə bunun heç bir faydası yoxdur." Kitab bitdi,amma mən yarım qaldım. Boğazımda udqunması çətin olan qırıntı qalmış kimi bir hiss var. Beynim,fikirlərim,hətta bütün bildiklərim,cümlələrim hamısı qarışıb. Ahh Klayd,mən sənə niyə bu qədər üzülürəm?! Halbuki,bu sonu sən özün gətirmədinmi? Öz ruhunun əsirinə sən çevrilmədinmi? Bəlkə də,sənə haqq verdiyimdəndi bütün üzüntüm. Axı nəyəsə və ya daha artığına nail olmaq üçün didindin,durdun. Bu qəbahətdirmi? Əlbəttə yox! Haqq verirəm,çünki oxuduqlarımla özüm də manipulyasiya olmuş kimiyəm,sadəcə düşünmək istəmirəm. Düşünsəm belə,sənə üzülməklə çox da doğru bir şey edib-etmədiyimi sorğulamaqla qalacam. Və gələk,Teodor Drayzer qələminin möhtəşəmliyinə. Əslində bu əsərində də,digər oxuduğumu nəzərə aldığım əsərlərində olduğu kimi yenə hər hansı bir baş qəhrəmanın şöhrətə çatmaq üçün keçdiyi yol və bu yolda isə əlbəttə ki,məğlubiyyətini göstərməsinə baxmayaraq və eyniylə həmin obrazı heç də məsum təsvir etmədiyini də nəzərə alsaq,oxucu düşünüb də tutarlı səbəb tapa bilmədiyi halda yenə də obraza qarşı rəğbət hissi mütləqdir ki yaranır. Niyəsini Klaydda da tapa bilmədim. Ya da tapdım bəlkə də... Kitabda məni dərindən sarsan yazıçının məhkum psixologiyasına verdiyi yer idi. Paskuale Kutronenin edamına edam səhnəsi deyib də keçməyən Drayzer,bir dəhşəti bundan artıq təsvir edə bilməzdi. Ağlatdı,bütün ruhumu paramparça etdi. Deyə biləcək heç nə tapa bilmirəm. Çarəsizlik...Bir ümid olmadığına baxmayaraq,ölümə qarşı son çırpınışlar: "Bundan sonra o öz kamerasında iməkləyib sürünməyə, döşəməni öpməyə və çarmıxa çəkilmiş İsanı təsvir edən kiçik, tunc heykəlin ayaqlarını yalamağa başlamışdı." Və sondu artıq. Heç nə fayda etməmişdi ona: "Mərasim ötüb keçdi.
1000Kitap
Amerika FaciəsiTheodore Dreiser · Qanun Neşriyat · 2018150 okunma
10/10
·372 syf.··
Beğendi
·
2024 18. kitabı
·
8 günde okudu
·
Okunma: 25 Mayıs 2024 10:42
Bu qədər soyuqqanlılıqla yazılmış və psixoloji cəhətdən sözün əsl mənasında ağır bir kitab daha əvvəl oxudum desəm yalan olardı. Necə bir qurğu?!Necə bir qələm?!Necə bir düşüncə tərzi?! deyə-deyə kitab boyunca yazarını sorğuladım durdum. Lucas və Claus. Daha uşaqkən yolları ayrı düşmüş və bunun niyə olduğuna dair kitabın sonuna gəldikdə belə tutarsızlıq yaşayacağınız (çünki birinci cildlə son cilddə hadisə əlaqəsizliyi baxımından,xəyalla gerçəkliyi tam aydınlaşdırmaq olmur),ömürlərini bir-birini axtaran və bu axtarışla bərabər kimi zaman bir,birlərini gah şeirlərində,gah da adlarında yaşadan iki əkiz qardaş... Əsər ümumilikdə 3 ayrı cilddə yazılmış tək kitabdan ibarətdir. Bəzən bu cildlər arasında bağlılıq qırılır. Nəyin hansı hadisənin davamı olduğunu tam anlaya bilmirsən. Oxuduqca yarım qoymaq istədiyim bir çox nüanslar olduğu halda,1-ci cildi bitirdikdən sonra digər səhifələrin davamı mütləq gəlir. Hadisələr tez,asanlıqla,duyğusuzca baş verir. Kimə haqq verəcəyini bilmirsən. Hər kəs biraz günahkardır,eyniylə günahsız da. İkili qurulan münasibətlər isə uyğunsuz,diksindirici tərzlə yazılıb. Və bütün bunlara baxmayaraq mənasız uzunçuluğa yer verilməyən,372 səhifə boyunca hadisələr arasında itəcəyiniz,tam anlamıyla oxumağa dəyəcək bir roman.
Büyük Defter - Kanıt - Üçüncü YalanAgota Kristof · Yapı Kredi Yayınları · 20258,4bin okunma
9/10
·120 syf.··
Beğendi
·
2024 5. kitabı
·
15 günde okudu
·
Okunma: 03 Mart 2024 15:02
Larry Tremblay yaradıcılığı ilə ilk tanışlığım bu kitab oldu. Olduqca düşündürücü və bir o qədər də cavabsız suallara qərq edən bir əsər olduğundan,heç bir obrazı təhlil edə bilməyəcəm. Yeni başlayanlar üçün onu deyə bilərəm ki,psixoloji cəhətdən oxunulması ağır kitabdır.
Portağal BağıLarry Tremblay · Nebula Publishing House · 2023192 okunma
7/10
·104 syf.··
Beğendi
·
2024 4. kitabı
·
33 saatte okudu
·
Okunma: 02 Mart 2024 22:35
Bu Dostoyevskidən oxuduğum üçüncü kitabdır. Əvvəla qeyd edim ki,kitab axıcı dillə yazılmışdır. Əsərdə süjet xəyalpərəst biri ilə Nastenka arasında dövr edir. Nastenkanı heç sevə bilmədim. Nə istədiyini bilməyən biri olaraq,elə bu səbəbdən də onu sevən birinə də boş ümid vəd etdi. Boş deyirəm,çünki hislərindən əmin olmayaraq bir qərar verir və sonra da heçnə olmamış kimi öz yoluna davam edir. Və ardınca da yazdığı məktubla,qismən vicdanını rahatladır. Xəyalpərəstə gəlincə isə,bu xarakter sadəcə sevgi aclığı çəkir. Tənhalığına son vermək istəyir. Elə düşünürəm ki,onun üçün fərq etmirdi,bu aclığı Nastenkayla da doldura bilərdi,ya da bu başqası da ola bilərdi. Nastenkadan daha çox xəyalpərəstdə saflıq hiss elədim. Nastenka gerçəktən sevirdisə,elə məhz əvvəlki sevdiyini də gözləməli idi. Vəd etdiyi vaxtdan da artıq gözləyə bilsəydi birinə də boş ümid verməyə tələsməzdi. Xəyalpərəstin isə sevgisi gerçək idi. Nastenka onu yox kimi bir kənara qoysa da,onun haqqında tək bir pis fikir düşünmək bir yana,hətta yeni həyatında sadəcə xoşbəxt olmasını dilədi.
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2019102bin okunma