Şəbnəm Məmmədova

Şəbnəm Məmmədova
@Sebnem_mdva
Kitablar qəlbimizin rəflərində...
Öğretmenlik
Azerbaycan
8 okur puanı
Ağustos 2023 tarihinde katıldı
440 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Bir intiqam hekayəsi...
Kitabın mövzusu haqqında çox məlumat vermək istəmirəm. İstənilən yerdə mövzu ilə bağlı məlumat əldə etmək mümkündür. Buna görə də, əsasən təəssüratlarımı bölüşəcəm. İnsanı yaxşı və ya pis edən nədir? Böyüdüyü cəmiyyət? Qarşılaşdığı insanlar? Yaşadıqları? Genləri? Və ya qısaca hamısı. Heç kim anadangəlmə yaxşı və ya pis adlandırıla bilməz. Hər birimiz vəziyyətə, ətrafımıza uyğun olaraq “mələk” və ya “şeytan” olma potensialına malikik. Xüsusilə də, sevgisiz, heç kim tərəfindən sevilmədən böyüyən insanlarda “şeytan” olma potensialı daha güclüdür. Əsərdə də məhz buna rast gəlirik. “Tufanlı yoxuşlar” bir çox mənbələrdə sevgi romanı adlandırılsa da, fikrimcə, bu tam olaraq, düzgün deyil. Belə ki, əsər iki nəsil arasında mövcud olan qarışıq münasibətləri – sevgi, nifrət, kin, intiqam, şöhrətpərəslik və s. Kimi hissləri özündə əks etdirir. Sevgi romanı adı ilə oxusanız, böyük bir yalnışa yol vermiş olarsınız. Bununla yanaşı, Bronte romanında intiqam hissinin insanı kor edib necə zalımlaşdıra biləcəyini, bu hissin hərşeydən güclü olduğunu mükəmməl şəkildə təsvir etməyi bacarmışdır. Xoş mütaliələr...
Tufanlı Yoxuşlar
Tufanlı YoxuşlarEmily Brontë · Qanun Nəşriyyatı · 201742,8bin okunma