Mən doğruları səhvlərimdən öyrəndim. Su daşların arasından keçib büllurlaşdığı kimi, həyatım da səhvlərimin arasından keçib büllurlaşdı və qiymətli təcrübəyə çevrildi.
Sən heç meşənin səsinə qulaq asmısanmı? Mən sənə bulaqların şırıltısından, həşəratların cırıltısından, ya da ki quşların cəh-cəhindən danışmıram – bu onların öz səsidir. Gözlərini yumub diqqətlə qulaq kəsilsən, bütün meşənin ahəng içərisində budaqlarını sağa-sola yelləyərək zümzümə etdiyini eşidərsən. Bəlkə də, o zümzümə etmir, sadəcə, nəfəs alır. Ancaq onun nəfəs almağı belə nəğmə kimi səslənir.
– Mən poeziyanı sevginin 𝑞𝑖𝑑𝑎𝑠𝚤 hesab eləmişəm, – Darsi dedi.
– Əlbəttə, sabit, möhkəm, sağlam sevginin qidası. Möhkəm olan şey hər şeylə qidalana bilir. Amma sevgi zəifdirsə, sadəcə ötəri vurğunluq səviyyəsindədirsə, bircə sonet onu məhv eliyəcək.