Bəli! Biz sənə sevgi busəsi ilə xəyanət edirik. Biz səni öpüşümüzlə təhqirlərin qoynuna atır, işgəncəyə, ölümə sürükləyirik! Cəlladları sevgi harayı ilə qaranlıq yuvalarından çıxarır və çarmıxa dikəldirik. Sonra yerin zülmətindən yüksələn sevgini elə sevgi ilə də çarmıxa çəkirik.