Sevinc Məmmədova

Sevinc Məmmədova
@Seevnnc
416 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 16 days
ancak hikayesi anlatılan insanlar var oluyor
II Dünya Müharibəsi dövründə keçən Alman~Yəhudi eşqimi bu qədər sarsır adamı, yoxsa hələ müharibələrin görünməyən, anladılmayan tərəflərilə neçə belə hekayənin varlığı, neçə belə acının gerçəkliyimi, bilmirəm... Hər səhifəsində göz yaşı tökdürəcək gücə malik olmasını atıram bir qırağa, oxucuya hadisələrin təsir etməməsini hardasa mümkünsüz adlandırardım. Müharibənin kitabda bəhsi keçən neçə gerçəklikləri, yazıçının istifadə etdiyi bəzi cavabsız qalan suallar, hadisələr baş verərkən arxa fonda baş qəhrəmanın düşüncələri o qədər incəliklə insana hissə-hissə toxunur, fikirləşməyə məcbur qoyur ki... Bu səhifələrdə acılı bir eşq hekayəsindən daha artığı var və bir melodiya kimi səslənir hər biri. Kitabda da ifadə edilən yazını kimin hansı niyətlə yazmasında olan problem, eynən oxuyarkən də çıxır qarşımıza. Kim hansı fikirlə, hansı hisslərlə, hansı gerçəklə yaxınlaşırsa onları duya bilir bu simfoniyada... Məndə yaratdığı bəlkə də günlərcə düşündürəcək olan sualı da bura yazıb, oxumağa hər səhifəsinin dəydiyi kitab olduğunu deyərək sonlandırıram fikrimi.) Zamanında hər yaşanmış kiçik bir dəyişikliyə uğrasaymış indidə bəlkə də sual altında qalacaq varlığımıza nə qədər məna yükləyir, həyatın, dəyərimizin nə qədər fərqinə varırıq?..
Serenad
SerenadZülfü Livaneli · İnkılap Kitabevi · 2021137.6k okunma