Sekine Esedova

Sekine Esedova
@Sekines
Azerbaycan Baki
24 Nisan 2003
11 okur puanı
Aralık 2020 tarihinde katıldı
Amma ən xoşbəxt anı işarələdiyimiz zaman onun çoxdan keçmişdə qaldığını, bir daha gəlməyəcəyini, bu səbəbdən bizi incitdiyini də bilirik. Bu ağrıya dözməyin yeganə yolu o qızıl andan qalan bir əşyaya sahib olmaqdır. Xoşbəxt anlardan geriyə qalan əşyalar o anların xatirələrini, rənglərini, toxunma və görmə zövqlərini bizə o xoşbəxtliyi yaşadan insanlardan daha çox sədaqətlə qoruyarlar.
Sayfa 100·Kitabı okudu
Etimoloji Defteri
Mücellit Nedir ?
Əslində kimsə onu yaşarkən həyatının ən xoşbəxt anını yaşadığını bilməz. Bəzi insanlar bəzi coşqulu anlarında həyatının o qızıl anını indi yaşadıqlarını səmimiyyətlə düşünə və söyləyə bilərlər bəlkə, amma yenədə ruhlarının bir yanıyla bu andan da gözəlini, daha da xoşbəxt olanını irəlidə yaşayacaqlarına inanarlar. Çünki, xüsusiylə gəncliyində heç kimsə bundan sonra hər şeyin daha pis olacağını düşünərək həyatını davam etdirə bilməyəcəyi kimi, insan da həyatının ən xoşbəxt anını yaşadığını düşünə biləcək qədər xoşbəxtdirsə, gələcəyin də gözəl olacağını düşünəcək qədər nikbin olur.
Sayfa 99·Kitabı okudu
Həyatımın ən səmimi və ən hiss dolu anlarından biriydi, amma davranışlarıma bir sünilik çökmüşdü.
Sayfa 97·Kitabı okudu
O, jurnallarda, televiziyada, mahnılarda durmadan eşqdən bəhs edilməsini xoşlasa da, bu hissdən hər an danışılmasını doğru saymır, aşiq olmayan bir çox insanın ancaq diqqəti cəlb etmək üçün hisslərini şişirtdiyini düşünürdü. Bəli, onun üçün eşq insanın öz həyatını belə qurban verə biləcəyi, hər şeyə sinə gərəcəyi bir şeydir. Amma bu da həyatda yalnız bir dəfə olardı.
Sayfa 81·Kitabı okudu
Həyatımın ən xoşbəxt anıymış, bilmirdim. Bilsəydim, bu xoşbəxtliyi qoruyar, hər şey tamamilə fərqli ola bilərdimi? Bəli, bunun həyatımın ən xoşbəxt anı olduğunu anlaya bilsəydim, əsla əlimdən buraxmazdım o xoşbəxtliyi. Dərin bir hüzurla hər yerimi bürüyən o möhtəşəm qızıl an bəlkə bir neçə saniyə davam etmişdi, amma xoşbəxtlik mənə saatlarla, illərlə, davam etmiş kimi gəlmişdi.
Sayfa 5·Kitabı okudu