Sekine Esedova

Sekine Esedova
@Sekines
Azerbaycan Baki
24 Nisan 2003
11 okur puanı
Aralık 2020 tarihinde katıldı
Eynən bunun kimi bütün insanlar da öz xoşbəxtlikləri üçün beyin yorduqlarına görə deyil, insanın içində bir sevgi olduğuna görə yaşayırlar.
Sayfa 55
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Axı qarşındakının verdiyi təsadüfi suallar sənin içindəki köhnə, amma sağalmamış yaralarına toxunsa belə, bunun ümumi məsələyə heç bir aidiyyatı olmayacaqdır. Çünki şəxsi bədbəxtçiliklərin yalnız özünə aiddir.
Sayfa 23·Kitabı okudu
Amma ən xoşbəxt anı işarələdiyimiz zaman onun çoxdan keçmişdə qaldığını, bir daha gəlməyəcəyini, bu səbəbdən bizi incitdiyini də bilirik. Bu ağrıya dözməyin yeganə yolu o qızıl andan qalan bir əşyaya sahib olmaqdır. Xoşbəxt anlardan geriyə qalan əşyalar o anların xatirələrini, rənglərini, toxunma və görmə zövqlərini bizə o xoşbəxtliyi yaşadan insanlardan daha çox sədaqətlə qoruyarlar.
Sayfa 100·Kitabı okudu
Əslində kimsə onu yaşarkən həyatının ən xoşbəxt anını yaşadığını bilməz. Bəzi insanlar bəzi coşqulu anlarında həyatının o qızıl anını indi yaşadıqlarını səmimiyyətlə düşünə və söyləyə bilərlər bəlkə, amma yenədə ruhlarının bir yanıyla bu andan da gözəlini, daha da xoşbəxt olanını irəlidə yaşayacaqlarına inanarlar. Çünki, xüsusiylə gəncliyində heç kimsə bundan sonra hər şeyin daha pis olacağını düşünərək həyatını davam etdirə bilməyəcəyi kimi, insan da həyatının ən xoşbəxt anını yaşadığını düşünə biləcək qədər xoşbəxtdirsə, gələcəyin də gözəl olacağını düşünəcək qədər nikbin olur.
Sayfa 99·Kitabı okudu
Həyatımın ən səmimi və ən hiss dolu anlarından biriydi, amma davranışlarıma bir sünilik çökmüşdü.
Sayfa 97·Kitabı okudu