- İnsan desə ki, mən xoşbəxt olmayacağam , o, həqiqətən də, xoşbəxt olmayacaqdır. İnsanın özü üçün təyin etdiyi taleyi yaşamamağı mümkün deyildir. Bizim hədislərdə yazılmışdır ki, " Allah insanın baxış tərzi əsasına hərəkət edər ". Əgər biri özünü bədbəxt və uğursuz bilirsə, həyatı elə də olacaqdır. Yaradılış sistemi bizim ruhumuzun ona doğru buraxdığı impulslar əsasında hərəkət edər...
- Bizim xəstəxanaların əsas problemi ondan ibarətdir ki, xəstələrin yalnız cismini müalicə etməyə çalışırlar. Və bu zaman unudurlar ki, xəstələr ruh düşkünlüyü içindədirlər. Bu mənfi əhvali - ruhiyyə onların sağalmaqlarına təsir edir. Xəstələri faydalı işlə məşğul etmek , onları həyata bağlayan bir işə cəlb etməklə lazımdır...
- Babam həmişə deyərdi : " Bilmək lazımdır ki, hər şey ilk 10 saniyədə baş verir, ilk on saniyədə qəzəblənirik, ilk on saniyədə qarşımızdakını kobudlayırıq, ilk on saniyədə öz üzərimizdə nəzarəti itiririk, məhz bu on saniyədə mənfi fikirlər beynimizə daxil olur. Eyni zamanda da, elə bu ilk on saniyədə səbr edirik, müsbət düşünürük ... Hər şey bu on saniyə ilə başlayır. On saniyədə insan pis, ya da yaxşı biri ola bilər."...