Sadece kafa dinlendirmek için okunabilecek bir kitap. 30lu yaşlarında bir kadının işden atılmasından sonra kendine yeni bir hayat kurmasından bahsediyor. Bana göre çok basitti. Kitabı beğenmedim.
Yaxşı ki oxudum dediyim kitablardan oldu. Dilin ,dinin fərqi olmadan insanı insan olaraq sevmənin önəmini xatırladırdı . Insanı insan edən dəyərləri , heyvandan ali olmasına baxmayaraq , bəzən heyvanlardan da aşağı olabiləcəyini... Bizim kimi insan olan , ancaq tamam başqa "dünyalarda" yaşayan insanlardan , tayfalarından bəhs edən , axıcı , şirin bir macəra kitabıdır.
Kitabı bəyəndim. Ən çox oxunan kriminal romanlardan biridir. Axıcıdır , səhifə sayı çox olmağına baxmayaraq , tez bitir. Bu , yazıçının oxuduğum ilk kitabı idi , digərlərini də oxumağı düşünürəm.
Kitabı yeni oxumağa başladım və daha ilk səhifələrdən qadın və kişi psixologiyasına dair çox şeylər öyrəndim. Oxumağı tövsiyə edirəm, məncə bu kitab gündəlik həyatımızda bəzi fərqinə varmadan etdiyimiz yanlışları anlamağa yardım edir .
Kitaba başlarkən düşünmüşdüm ki , adı ilə çox bağlılığı var , oxuyarkən isə tamam başqa mövzularla qarşılaşdım. Bu qədər axıcı , maraqlı olduğunu düşünməmişdim. Əsər xaricdə yaşayan həmyerlimizin Parisdəki sərgüzəştlərindən bəhs edir.
Burada Cənubi azərbaycanlıların Iran hakimiyyəti altında necə əziyyətlər çəkdiyi , əsarət altına olmalarına rəğmən dilimizi , tariximizi unutmadıqları da vurğulanıb.
Həyatı çətinliklərlə keçən bir insan taleyi , həyatdakı acı gerçəklər və daha nələr...