Birdən ayılıram, ürəyimin bərk döyündüyünü, əsəbi nəfəs aldığımı, dilimin quruduğunu hiss edirəm və onda anlayıram ki, hər şey bitdi. Mən yuxudan ayıldım.
Ancaq bir şeyi bilirəm: bir anda mənə elə gəlir ki, məndə hər şey əladır, həyat gözəldir və mən hər şeydə məmnunam.Lakin bir sonrakı anda qaçmaq - haraya olması önəmli deyil - istəyirəm, özümə yer tapa bilmirəm, müzavizinətimi saxlamaq üçün söykənəcək bir şey tapmıram.