Yəqin, içimdə hər şeyin yanıb- solduğunu kənardan hiss etmək mümkündür. Bu mənim üzümdən, özümü necə saxlamağımdan və necə hərəkət etməyimdən də görünür.
İndiki anda tək indini düşünmürəm.Bir indi var bir keçmiş,bir gələcək.Amma mən sadəcə keçmişi yaşayıram.Çünki dünən var olan şeylər bugün yoxdur, və bugün mən o həmin şeyləri fikirləşirəm.Fikirləşirəmki həyatıma birşeylər qata bilən insanlar, bəlkədə gələcəyimi,sabahımı yaşaya biləcəyim yaşama səbəbi verəcək insanlar idi.Onlar ilə inkişaf edə biləcəyim deyib gülə biləcəyim , tam mənim xarakterimdə olanlar məni tamamlaya bilənlər, məni məndən yaxşı tanıyanlar, elə biriləri ki, onlarsız həyat fikirləşə bilmədiklərim indi mənimlə deyillər, ona görə də sadəcə keçmişi yaşayıram, uşaqlığımı böyüklüyümü hamısını hərgün fikirləşirəm.O vaxtlar hərşey daha saf hərşey daha gözəl idi amma indi nədənsə artıq elə fikirləşmirəm sadəcə sabaha qarşı ümidlərim,və keçmiş barədə xatirələrim var.